“Quş qripi” ilə bağlı növbəti monitorinqə start verilir
Tarix: 01-04-2016 | Saat: 14:04
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Aprelin 4-dən.
“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.
Oxu.Az-a Xidmətdən verilən məlumata görə, aprelin 4-ə köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcəkdir.
Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaqdır.
Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 15-də ictimaiyyət üçün açıqlanacaqdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hal-hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
Xəbəri paylaş
5608 dəfə oxunub.
Digər xəbərlər

19-10-2015, 01:39
Maştağaya şəhər statusu verilə bilər
14-07-2015, 13:06
Əli Həsənov səlahiyyət müddəti başa çatan səfirlə görüşdü
23-02-2017, 15:48
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək – SƏBƏB
22-10-2017, 11:45
Türkiyədə gözlər DERBİDƏ
21-12-2018, 13:20
Fevral ƏN SOYUQ ay olacaq-AÇIQLAMA
18-11-2018, 18:51
İcazəsiz yürüşlə bağlı AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək - RƏSMİ
5-01-2020, 15:05
Göyçay sakini intihar etdi
28-01-2021, 11:25
Bakıda qadını doğrayıb, zibil qutusuna atan şəxsin kimliyi məlum oldu
3-03-2017, 11:28
Tramp: “Müharibələrdə yenə zəfər çalacağıq”