Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağlanan iki bankın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb
Tarix: 01-04-2016 | Saat: 11:57
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Bağlanan iki bankın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə agent banklar tərəfindən 23 mln. 554 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, “Bank of Azerbaijan”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu ilin yanvarın 29-dan başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Fond ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 862 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, eləcə də sözügedən bankların və agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___