Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neftçalada canavarlar çobanı yaraladı
Tarix: 31-03-2016 | Saat: 23:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Neftçalada canavarlar çobanı yaraladı
Bu gün səhər saatlarında Neftçala rayonunun 1-ci Mayak kəndində canavar sürüsü naxıra hücum edib.

"Xəbəraz.az " xəbər verir ki, kənd sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna veridikləri məlumata görə, naxırı otaran 19-yaşlı kənd sakini Elmir Səfərov mindiyi atla canavarları qovmaq istəyib. Bu zaman vəhşi heyvanlar Elmirə və atına hücum ediblər. Nəticədə Elmir dabanından, atı isə sinəsindən canavar dişləməsinə məruz qalıb.

Neftçala Rayon Mərkəzi Xəstəxanasına gətirilən Elmir Səfərov, quduzluq əleyhinə vaksin vurulduqdan və digər zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yerli sakinlərin bildirdiyinə görə, son vaxtlar Mayak kəndi ərazisində canavar sürüləri daha tez-tez görünməyə başlayıb.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___