Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İstəyirsən özünü qayadan at, dənizdə bat!” deyəndə də günahkar sən olursan
Tarix: 26-03-2016 | Saat: 20:35
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

 “İstəyirsən özünü qayadan at, dənizdə bat!” deyəndə də günahkar sən olursan
Yaşlı nəsil bir şöhrətli şəxsiyyətin taleyini yaxşı xatırlayır. Vladimir Mayakovski. Vaxtilə SSRİ-nin tanınmış şairi çox dəyərli poeziyası ilə şöhrət tapmışdı. “Alın a, yana-yana qalın a, mən Sovet vətəndaşıyam!” sözlərini qürurla səsləndirən şair necə şöhrət qazanmışdısa tezliklə də yanlış addımı ilə bu nüfuzu büsbütün itirdi. Onun intiharına çox adam inanmadı. Rəsmi məlumatdan sonra bu xəbərin dəqiqliyini yəqin edənlərin əksəriyyəti onun psixi xəstə olduğu qənaətinə gəldi. O vaxt mətbuat səhifələrində Sovet şairinin bu addımı kəskin tənqid edildi, vətəndaşlıqdan dəm vuram qələm ustası hörmətdən düşdü, açıq deyək ki, onun hərəkəti bir dəlinin davranışı kimi qiymətləndirildi.

Bu çox düzgün rəy idi. İnsan da – özü də tanınmış şəxsiyyət özünə qəsd edər? Nə yaxşı ki, onun zəngin yaradıcılığı vardı. Yoxsa büsbütün unudulardı, hətta rus şovinistləri ona haqq qazandırmaq istəsələr də. Adına küçələr, meydanlar salınsa da, o ürəklərdə yer tapa bilmədi. Qafqazın məşhur kurort şəhəri olan Kislovodskin ümumittifaq səviyyəli “Narzan” sanatoriyasında üzərində “Vaxtilə Vladimir Mayakovski bu otaqda dincəlmişdir” sözləri yazılmış otaqda yer almaq istəyən olmur – sanatoriyada boş yer olmayan vaxtlarda belə. Çünki o çox adamın qəlbində psixi xəstə kimi iz salıb. Belə hərəkəti kim nümunə götürər?

Təəssüf ki, ilin-günün bu vaxtında Azərbaycanda da “Mayakovski ardıclıları” baş qaldırıblar. Yaradıcılıq sahəsində deyil, psixi xasiyyətləri ilə.

Gündəlik qəzetləri, saytları nəzərdən keçirdikcə dəhşətə gəlirsən! Statistik məlumata görə təkcə bu ilin iki ayında ölkəmizdə 60-a yaxın adam intihar edib. Hər gün təxminən iki nəfər. Bu, dəhşətli faktdır. Aralarında 11 yaşdan 70 yaşadək adamlar var. Adam heç inana bilmir ki, 11 yaşında qız uşağı belə gic hərəkətə əl atsın. 70 yaşında ağsaqqal və ya ağbirçəyin intiharına necə bəraət qazandırasan? Bəs sənin ağsaqqallığın, ağbirçəkliyin harada qaldı? İctimai rəy belələrinə qarşı amansız olmalıdır. Axı, indiki dövrdə intihar etməyə heç bir əsas yoxdur. Statistikaya görə qeyd etdiyimiz müddətdə 20-dək adam borca görə intihar edib. Borc nədən yaranır? Ancaq və ancaq yalnış adımdan. Düşüncəsiz adamlar öz gəlirlərini dəqiq hesablamadan borca girirlər, hətta sələminə pul götürürlər. Bu borcu hansı hesaba qaytaracaqları barədə qətiyyən fikirləşmirlər. Qınaq boğaza dirənəndə isə intihara girişirlər.

Bu onların acizliyinin, fərasətsizliyinin, iradəsizliyinin əlamətidir.

Şəxsən məndə belə bir xasiyyət var ki (dostlarım bunu yaxşı bilirlər) heç vaxt borc vermirəm (yəni artıq pulum olmur ki verim). Özüm də heç kimdən borc almıram. Verdiyim borcdan (beş-on manatdan) gözümü çəkirəm. Onsuz da qaytarmırlar, hətta məni görəndə özlərini tanımamazlığa vurub yan keçirlər. Atalar yaxşı deyiblər: “Borc verib pis olunca, vermə pis ol”.

Gənclərin intiharı isə əksərən məhəbbət uğursuzluğu ilə bağlıdır. “O oğlan məni istəmir” deyə qızın həyatına son qoyması və ya vurulduğu qızın onun sevgisini rədd etməsi insan həyatının sonu ilə nəticələnir. Qəribədir, zorla məhəbbət olarmı? Cavan oğlan və ya qız eşqə düşə bilər. Onların sevgisi mütləq baş tutmalıdırmı? Qız oğlana rədd cavabı verir, bu onun hüququdur, başqa sözlə desək, istəmir cəhənnəmə istəsin, bəyəm qız qəhətdir? Və ya əksinə, oğlan bu və ya digər səbəbdən qızın məhəbbətinə qarşı çıxır. Qız buna görə dəli olduğunu, psixi xəstə olduğunu bəyan etməlidir? Qohum-əqrabanı, tanışlarını, doğmalarını yasa batırmalıdır?

Hər bir insan çıxılmaz vəziyyətə düşə bilər. Belə halda dost-qohum məsləhətinə, xüsusilə psixoloq-həkimə ehtiyac yaranır. Amma ağılsızlıq ucbatından yeganə bir üsulu – intiharı seçirlər. Görün, nə qədər adam bədbəxt olur, körpələr yetim qalır, bundan sonra nə qədər adam tənbehlə, cəza ilə qarşılaşır. Nəyə görə? “Bir dəlinin guyuya daş atmasına” görə. Agıldan kəm, ağıldan kasad adamların hərəkətinin acısını günahsızlar çəkməlidirlərmi?

İnsan həyata çətinliklərə sinə gəlmək, ən kritik hallarda əziyyətə dözmək üçün gəlir. Bundan qaçmaq mümkün deyil. Çıxış yolunu intiharda görmək iradəsizlikdir, əqli kasadlıqdır.

Görünür, ölkəmizdə təbliğat-təşviqat işi lazımi səviyyədə aparılmır. Xüsusən institutlarda, məktəblərdə, əmək kollektivlərində, hətta ailələrdə dəli dediyimiz intihar düşkünlərini vaxtında düzgün yola qaytarmağa cəhd edilmir. Bəzən qabaqcadan ultimatum şəklində tələb irəli sürənlər ictimai qınağa çəkilmirlər. “Mənə iş verməsən özümü yandıracam”, “Borcumu silməsən bax o gördüyün meydanda …”, hətta Məşədi İbad demişkən, “Qızı mənə verməsən …”

Qanuna zidd olaraq belələrinə “Get, neyləyirsən elə!” , “İstəyirsən özünü qayadan at, dənizdə bat!” deyəndə də günahkar sən olursan. Bunun bir yolu var: intiharın qarşısı alınmalıdır. Kim intihara yol verirsə ancaq bir maddədən istifadə olunur: “ölümə təhrik etmə…” Psixi nasazlığı olan adamı – istisnasız olaraq bu üsula əl atanların hamısını müdafiə etmək nə deməkdir? Buna görə də insan taleyi ilə bağlı ciddi düşünülməli, mexanizm tapılmalı, intihara cəhd edənlər müdafiə olunmamalıdırlar.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___