Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ata və oğul qəzaya düşdü - Ölən var
Tarix: 26-03-2016 | Saat: 14:20
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Ata və oğul qəzaya düşdü  -  Ölən var
Qusarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Xəbəraz.az " xəbər verir ki, rayon polis şöbəsindən ans press-ə verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan ata ölüb, oğul isə ağır vəziyyətdə xəstəxanaya çadırılıb. Hadisə bu gün səhər saat 10 radələrində Qusar rayonunun Çiləgir kəndi ərazisində-Qusar-Ləzə yolunun 8 ci km-də qeydə alınıb.

26 yaşlı İlqar Mehdi oğlu Şahbazov idarə etdiyi 90 FM 895 dövlət nömrə nişanlı “Kia” markalı avtomobillə rayon mərkəzindən Kuzun kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun sağ hissəsinə çıxaraq ağaca çırpılıb.

Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücünün atası 52 yaşlı Mehdi Azad oğlu Şahbazov hadisə yerində keçinib. İlqar Şahbazov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Qusar Polis Şöbəsinin baş müstəntiqi Rafael Tağıyevin sözlərinə görə, hadisəyə yüksək sürət səbəb olub.
Ata və oğul qəzaya düşdü  -  Ölən var


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___