"Apple"dan azərbaycanlı istifadəçilərə pis xəbər
Tarix: 24-03-2016 | Saat: 17:36
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər
Son iki gündə Apple şirkətinin xidmətlərində yaranan növbəti nasazlıq istifadəçiləri mənfi mənada təəccübləndirib. Problem smartfon və İpad istifadəçilərinin son yenilənməni yüklədiyi zaman yaranıb.
Şəxsi məlumatları daxil edərkən Ipad və Iphone bloklanır və onları açmaq mümkün olmur.
Apple-in rəsmi nümayəndəsinə müraciət zamanı bir ay gözləməyi təklif edirlər. Belə ki, hazırda sistem (İcloud) vasitəsilə blokdan çıxmaq mümkün deyil.
Bu açıqlamanı Turan-ın müxbirinə rəsmi nümayəndəlikdən veriblər, lakin niyə bu qədər gözləmək lazım gəldiyinin səbəblərini açıqlamayıblar.
Apple məhsulları satan mağazalarda aparılan sorğuya görə, ötən sutkalar yüzlərlə adam analoji müraciət edib, lakin nəticəsi olmayıb.
Maraqlı odur ki, əhalisi birbaşa Apple firmasının servisinə müraciət edərək bu cür texniki problemi həll etmək istəyən ölkələr sırasında Azərbaycan yoxdur.
Regionun lider ölkəsinin Apple ilə əməkdaşlıq edən ölkələr siyahısında olmamasının səbəblərini söyləmək çətindir. Sualı Rabitə Nazirliyinə ünvanlamaq lazımdır. Lakin qonşularımız - Gürcüstan və Ermənistan həmin siyahıda yer alıblar.
Apple-də qlobal nasazlıq hər iki-üç aydan bir baş verir. Nəzərə alsaq ki, hazırda Apple dünyada ən böyük və zəngin şirkətdir, servislərin niyə bu qədər pis, texniki nasazlığın aradan qaldırılması ilə bağlı ləng işləməsi anlaşılan deyil.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

19-04-2022, 11:55
Müəllim Bakıda yaşaya-yaşaya Gəncənin 13 saylı məktəbindən dərnək maaşını niyə alıb?
17-09-2018, 12:54
Dini radikalizmə qarşı mübarizəni dinlə qarışdırırlar" - Deputat mübarizəni gücləndirməyə çağırır
24-03-2016, 09:27
Bu günə olan hava proqnozu
9-08-2018, 12:02
Xatunla Samiraldo dodaq-dodağa - FOTO
15-07-2015, 10:31
Üzünü açan qızı döyüb öldürdülər
17-06-2016, 15:15
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirovla -MÜSAHİBƏ
16-03-2023, 09:57
Bayram günlərində Bakı metrosunun iş qrafiki dəyişəcək
7-09-2016, 14:42
Qurban bayramında 2,2 tonluq buğa kəsiləcək - FOTO
3-07-2015, 15:47
"İstəyirəm ki, təmənnasız sevginin əhatəsində olum" - Leyla Əliyeva
30-05-2018, 09:41
Sumqayıtda gənc qadın intihara cəhd edib