Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Enrike İqlesias Formula 1 üçün Bakıda konsert verəcək
Tarix: 24-03-2016 | Saat: 14:00
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Enrike İqlesias Formula 1 üçün Bakıda konsert verəcək
Məşhur müğənni Enrike İqlesias bu yay Azərbaycanın paytaxtında baş tutacaq Avropa Qran Prisi 2016-cı il Formula 1 yarışı çərçivəsində Bakıya gələcək.

"Xəbəraz.az "-in əldə etdiyi məlumata görə, ispan müğənni, bəstəkar və prodüser Bakıda Formula 1 izləyicilərinə konsert verəcək. Müğənninin nə qədər pul müqabilində Bakı səfərinə razılıq verdiyi məlum deyil. Məşhur müğənni iyunun 18-də 19:30-da Dənizkənarı bulvarda sevənlərinin qarşısına çıxacaq.

Qeyd edək ki, Formula 1 tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Tədbir üçün alınan bilet 3 günlük Formula 1 yarışının sərbəst yürüşlərini, təsnifat mərhələlərini, bazar günündə baş tutacaq əsas yarışı və axşam konsertlərini izləməyə imkan verəcək. Bu biletlərə sahib olanlar yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində salınacaq müxtəlif əyləncə yerlərinə və ticarət
zonalarına daxil ola biləcəklər.

Enrike İqlesias Formula 1 üçün Bakıda konsert verəcək


Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
7-04-2023, 13:07 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___