Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alıcıları aldatmağın yeni üsulu - FOTO
Tarix: 24-03-2016 | Saat: 12:27
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

Alıcıları aldatmağın yeni üsulu - FOTO

Ölkədə istehsal olunan "Darenka" şokolad məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti yoxdur.

"Xəbəraz.az " axar.az-a istinadən bildirir ki, şokoladların nə zaman istehsal olunduğu, istifadə müddətinin keçib-keçmədiyi yazılmadığından, bu südlü şokoladlara şübhə ilə yanaşmağa məcburdurlar.

"Darenka" şokoladlarının istehsalçısı "Konirom" MMC-dən məsələ ilə bağlı Axar.az-a bildirilib ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılmır:

"Ticarətdə belə qayda-qanun yoxdur ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılsın. Həmin kağızlar xaricdə sifariş olunur. Bükülüb yığıldıqdan sonra qutunun üzərinə istehsal tarixi vurulur. Mağazalarda da həmin qutular vitrinə qoyulmalıdır ki, alıcı məhsulu alanda istehsal tarixini görə bilsin. Lakin mağazalar buna əməl etmir".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qanunun mağazalar tərəfindən pozulduğunu bildirdi. Ekspertin sözlərinə görə, mağazalar istehlakçı hüquqlarına məhəl qoymur:

"Kiloqramla satılan konfetlərin üzərində istehsal tarixinin olmaması qanunidir. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, həmin məhsul mağazada satışa qoyularkən qutunun üzərindəki istehsal tarixi, saxlama müddəti və s. qeydlər mütləq sözügedən satış bölməsində göstərilməlidir. Bu qayda isə həm yerli, həm də xarici məhsulların satışı zamanı pozulur".

Xatırladaq ki, "Darenka" yerli məhsul olsa da, kifayət qədər məşhurdur və bahalı şokoladlardan sayılır.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___