Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Tavan çökdü, hər yan qan idi..."
Tarix: 23-03-2016 | Saat: 16:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

"Tavan çökdü, hər yan qan idi..."

Brüssel aeroportundakı partlayışlar o qədər güclü olub ki, binalar titrəyib, tavanlar uçub, sərnişinlər arasında panika yaşanıb.

"Xəbəraz.az " RİA Novosti-yə istinadən bildirir ki, bu barədə hadisə şahidləri xarici KİV-lərə danışıblar.

"Mən fasilədə idim. Güclü partlayış səsi eşitdim və dalğasını hiss etdim. Buradan uçuş zalını görürdük, onun üstündən tüstü qalxırdı, şüşələrin hamısı qırılmışdı. Adamlar şok halında zalı tərk edirdilər", - Swissport şirkətinin əməkdaşı deyib.

"Binanın necə lərzəyə gəldiyini hiss elədim. Toz və tüstü vardı. Partlayış səsi gələn və insanların canlarını qurtarmağa çalışdıqları yerə getdim. Hamısı sarsıntı içində idi..." - Sky News-un müxbiri Aleks Rossi deyib.

"3 saniyə fasilə ilə iki partlayışın olduğunu aydın eşitdim. Onlar ABŞ-a uçuşların qeydiyyat masasının yanında baş verdi. Bundan sonra hər yanda işıqlar söndü. Hər yanı tüstü bürüdü, amma alov yox idi. Ən azı altı adamın, o cümlədən uşaqların ağır yaralandığını gördüm. Çoxlarının isə yüngül xəsarəti vardı. Onların hamısı qan içindəydilər", - şahid Devid Krunnel deyib.

"Qeydiyyat masasına gedirdim ki, iki bomba partladı... Heç nə görmürdüm. Hər şey dağılırdı. Hər yan şüşə idi. Ətrafda xaos vardı, baş verənlər anlaşılmaz idi. Bu isə ən pisi idi. İnsanlar qaçırdılar, yerdə uzananlar da çoxdu..." - terakt zamanı zalda olan Cef Verselin Telegraph-a deyib.

Şahid Zak Muzun Cenevrədən Brüssel aeroportuna hadisədən 10 dəqiqə əvvəl gəlib, onun sözlərinə görə, zalda tavan uçub və borular partlayıb:

"Dəhşət idi... Tavan çökdü, hər yan qan idi... Dağıntıların üstüylə gedirdik, elə bil müharibədəydik".

Brüsselin metrostansiyalarında da partlayışlar olub.

"Qatar Malbekdən aralanırdı, bu vaxt möhkəm partlayış oldu. İnsanlar panikadaydılar. Metroda adam çox idi", - şahid Aleksandr Bran Assoşieyted Press-ə deyib.

Belçikanın BFM-TV telekanalı Brüssel aeroportundakı partlayışın şahidi Meri-Odil Loqnardla müsahibəsini yayımlayıb.

"Birinci partlayış məndən 20 m aralıda oldu. Tüstü bürüdü hər yanı, insanlar panikaya düşdülər, hamı çıxışa tərəf qaçmağa başladı. Sonra, 15 saniyə sonra, ikinci partlayış oldu. O daha yaxın idi. Üzərimizdəki tavan çökməyə başladı, insanlar yaralandılar. Artıq panika hamını bürüdü..."


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___