Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Google” 7 milyard cərimələnə bilər
Tarix: 16-04-2015 | Saat: 01:14
Bölmə:Karusel / Dünya / M2 / Reportaj | çapa göndər

“Google” 7 milyard cərimələnə bilər

Avropa İttifaqı anti-rəqabət davranışlarına görə Google şirkətinə qarşı şikayət edib.
Xeberaz.az BBC-yə istinadən məlumatına görə, rəqabət müvəkkili bildirib ki, o, “etiraz bəyanatı” verib və deyib ki, şirkətin öz alış-veriş linklərini reklam etməsi, axtarış sistemində onun tam hökmranlığından istifadə etməsi həddinə çatıb.

Margrethe Vestager bildirib ki, indi Google-ın cavab vermək üçün 10 həftə vaxtı var. Əks halda google 7 milyard dollar dəyərində cərimələnə bilər.

Şirkət isə iddialarla “razılaşmadığını” və cavab verməyə hazırlaşdığını deyib.

Xanım Vestager həmçinin bildirib ki, o, Google-ın Android əməliyyat sistemi üçün proqram və xidmətlərin hazırlanmasının ədalətsiz olub-olmadığını yoxlayacaq.

Müvəkkil Aİ-nin rəqiblərinin şikayəti əsasında Google şirkətinin fəaliyyətini monitor edəcəyini deyib. Bu, şirkətlə bağlı beş il davam etmiş araşdırmanın nəticəsi və rəsmi hüquqi prosesin başlanğıcıdır və milyardlarla avro cəriməyə gətirib çıxara bilər.

Google, Aİ-na aid internet axtarışların 90 faizdən çoxunu həyata keçirir.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___