Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Xəzər Lənkəran” uğursuz seriyanı qırmaq, “İnter” üçüncülük arzusunda
Tarix: 20-03-2016 | Saat: 12:57
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Xəzər Lənkəran” uğursuz seriyanı qırmaq, “İnter” üçüncülük arzusunda


Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.
"Xəbəraz.az " apasport.az-a istinadən bildirir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Çempionatda xal və qol həsrəti 14 oyuna çatan "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "İnter"i qəbul edəcək. Cənublular çempionatın ilk turunda məğlub etdiyi rəqiblə matçda uğursuz seriyalarını qırmağa çalışacaq. Bakılılar isə 3-cü pilləyə yüksəlmək imkanına malikdi. Öz meydanında "Qarabağ" yenilən "Qəbələ" "bankirlər" üçün irəliləməyə əla şərait yaradıb.

Turun son oyununda paytaxt təmsilçiləri üz-üzə gələcək. Öz meydanındakı çempionat oyunlarında uduzmayan "Zirə" AZAL-ı sınağa çəkəcək. Premyer Liqanın debütantı 2-ci pillədəki mövqeyini möhkəmlədib, liderə yaxınlaşmaq üçün "təyyarəçilər"i də itkisiz keçməlidi. AZAL isə həm mövqeyini qorumaq, həm də mükafatlar uğrunda mübarizə aparan komandalarla xal fərqini azaltmaq üçün Zirədə meydan sahiblərinin seriyasını qırmalıdı.

Azərbaycan Premyer Liqası

XXVI tur

20 mart (bazar)


13:30. "Xəzər Lənkəran" - "İnter"

Mövsümün ilk yarısındakı oyunlar: 2:0, 0:2

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov
Xəzər Lənkəran" mərkəzi stadionu

15:30. "Zirə" - AZAL
Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 0:1

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___