Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ömürlük həbs istəyirəm" - Şəhid anasının qatili - VİDEO - FOTO
Tarix: 19-03-2016 | Saat: 17:37
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

"Ömürlük həbs istəyirəm" - Şəhid anasının qatili - VİDEO - FOTO

Dörd gün öncə Yevlaxda törədilən qətl hadisəsinin üstü açılıb. Hadisəni törədən Kəlbəcər rayon sakini Aqil İsmayılov polis tərəfindən isti izlərlə yaxalanıb.

"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, mart ayının 14-də Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə 86 yaşlı qadını öldürən şəxs saxlanılıb. Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün Maral Nəsibovanı öz həmyerlisi Aqil İsmayılov qətlə yetirib.

Hadisəni əvvəlcədən planlaşdıran Aqil İsmayılov tənha qadının qapısını döyüb. Qadın qapını açdıqdan sonra içəri daxil olaraq ondan pul tələb edib. Maral Nəsibova pulu olmadığını bildirdikdə isə Aqil İsmayılov onun sifət və baş nahiyəsinə zərbələr endirib. Daha sonra mərhumu öz yaylığı ilə boğaraq qətlə yetirib.

Saxlanılan şəxs evdən qızıl-zinət əşyaları, 340 manat məbləğində pul və pensiya kartını götürdüyünü etiraf edib. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Saxlanılan şəxs: "Elədiyim hərəkətə görə çox peşmanam, özümü bağışlamıram. 2 balamı da bədbəxt elədim, o arvadı da. Özü də şəhid ailəsi idi. Hökümətdən ömürlük həbs istəyirəm ki, çölə çıxa bilməyim".

2 övlad atası olan Aqil İsmayılovun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.
"Ömürlük həbs istəyirəm" - Şəhid anasının qatili - VİDEO - FOTO


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___