Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toydan qayıdanlar qəzaya düşdü: 2 ölü, 4 yaralı - FOTO/VİDEO
Tarix: 17-03-2016 | Saat: 18:53
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Toydan qayıdanlar qəzaya düşdü: 2 ölü, 4 yaralı - FOTO/VİDEO

Ağcabədi rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az " "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində baş verib. Belə ki, qohumunun toy məclisindən qayıdan İlqar Dadaşov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Ağcabədi rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Yol qəzası nəticəsində "VAZ-21011" yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb. Həmin avtomobildə olan sərnişinlər - 28 yaşlı Şaban Mehdiyev və 29 yaşlı Vüsal Atakişiyev hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər - İbadət Həsənov, Elçin Dadaşov, "VAZ-21011"in sürcüsü İlqar Dadaşov və "VAZ-2106"nın sürcüsü Niyaməddin Hüseynov ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, "VAZ 21011"in sürücüsü sərxoş olub: "Yaralılara dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qalır".
Baş verən yol qəzasının dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri "VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb. İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar başlanıb.
Toydan qayıdanlar qəzaya düşdü: 2 ölü, 4 yaralı - FOTO/VİDEO
Toydan qayıdanlar qəzaya düşdü: 2 ölü, 4 yaralı - FOTO/VİDEO



Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___