Şagirdlərin bayram tətili - Neçə gün dərs olmayacaq?
Tarix: 14-03-2016 | Saat: 11:47
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Novruz bayramı ərəfəsində Azərbaycanın ümumtəhsil müəssisələrində şagirdlər üçün nəzərdə tutulan tətil günlərinin sayı açıqlanıb.
"Xəbəraz.az " bildirir ki, Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən, bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq.
Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.
"Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 28-i dərs günü olacaq", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-ci il tarixli 402 nömrəli Qərarına əsasən, bu il 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.
Xatırladaq ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
Xəbəri paylaş
7148 dəfə oxunub.
Digər xəbərlər

27-10-2015, 12:43
İŞİD-dən növbəti görünməmiş edam cəzası - VİDEO
1-07-2015, 15:25
İlham Əliyev Ramil Usubovun oğluna medal verdi
13-03-2021, 22:57
Türkiyənin yeni silahı: “Patriot”lardan üstün olacaq
11-04-2017, 15:28
Azərbaycanda bu yerlərdə siqaret çəkmək qadağan olunur - SİYAHI
18-02-2017, 11:28
Zakir Həsənov nazir oğullarını da... - General
2-03-2017, 13:16
24 il sonra bu şəkildəki adamlar tapıldı - Foto
27-04-2022, 10:09
Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sərnişin sıxlığı yarandı
24-06-2016, 13:17
Britaniya parçalanır: Şotlandlar AB-yə qayıdır
11-09-2016, 15:30
Kadırov İlham Əliyevə təşəkkür etdi
8-12-2021, 11:32
Rektor Universitetdə QAZ VURUB QAZAN DOLDURUR... - İDDİA