Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda Daxili Qoşunlar Günüdür
Tarix: 12-03-2016 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm / M2 / Təbriklər | çapa göndər

Azərbaycanda Daxili Qoşunlar Günüdür

Bu gün Azərbaycanda Daxili Qoşunlar Günüdür.

Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb.

Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri “Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunub.

Daxili Qoşunların Komandanı birbaşa Daxili İşlər Nazirinə tabedir və onun müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli fərmanları ilə “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş Bayrağının təsviri”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi” təsdiq olunub.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli fərmanı ilə Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı gün-Martın 12-si “Daxili Qoşunlar Günü” elan edilmişdir.

Dağlıq Qarabağ münaqişəsində iştirak edən Daxili Qoşunların şəxsi heyətindən 496 nəfəri şəhid olub, 268 nəfər itkin düşüb və 1166 nəfər yaralanıb.

Göstərdikləri qəhrəmanlıq və igidliyə, eləcə də hərbi borclarının yerinə yetirilməsinə vicdanla yanaşdıqlarına görə Daxili Qoşunların 9 hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 1738 nəfər müxtəlif dövlət mükafatları ilə təltif olunub.

Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.

Qoşunların gizir və müddətdən artıq xidmət ediən hərbi qulluqçularla komplektləşdirilməsi əsasən həqiqi hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirməyə öhdəlik vermiş şəxslərin hesabına həyata keçirilir.

Kiçik komandir və mütəxəssislərin hazırlanması 3 ay müddətində həyata keçirilir və kursları bitirdikdən sonra onlar xidmətlərini davam etdirmək üçün hərbi hissələrə göndərilirlər.

Azərbaycan Respublikasının Konstitusiyasına və “Hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən ali təhsilli şəxslər üçün xidmət müddəti 12 ay, digər şəxslər üçün isə 18 aydır.

Daxili Qoşunların Türkiyə Respublikası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.


Xəbəri paylaş

9478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___