Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygün Kazımova ermənilərə işləmək və evini pritona çevirmək ittihamlarına CAVAB VERDİ - VİDEO
Tarix: 10-03-2016 | Saat: 17:23
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Aygün Kazımova ermənilərə işləmək və evini pritona çevirmək ittihamlarına CAVAB VERDİ - VİDEO


Bəzi KİV-lərdə Azərbaycanın xalq artisti Aygün Kazımova barəsində dərc olunan məqalə gündəmə əməlli başlı səs-küy salıb.
"Xəbəraz.az " anspress-ə istinadən bildirir ki, xalq artistinin adı bu dəfə erməniəsilli məşhur modelyer Ramazzo ilə əməkdaşlıqda hallanıb.

"Azərbaycanın şou aləmində Ermənistanın xüsusi xidmət orqanlarının agentləri var" başlıqlı məqalədə müğənni ermənilərlə əməkdaşlıqda ittiham olunub. İşıq sürəti ilə yayılan xəbər sosial şəbəkələrdə sürətlə yayılıb və oxucuların məsələyə münasibəti birmənalı olmayıb. Elə bundan narahat olan xalq artisti məsələyə özü şəxsən münasibət bildirib. Xalq artisti bunun qara piar olduğunu və bu xəbərləri yayanın arxasında kimin durduğunun adını açıqlayıb.

"Mənə çox pis təsir edir ki, "Müsavat" kimi ciddi bir sayt, hörmət etdiyim bir qurum belə bir insanın verdiyi müsahibəni necə yayımlaya bilər? Bu insan İnterpolda axtarışdadır, Türkiyədən də dəfələrlə qovulub".

Sözügedən məqalədə müğənninin Türkiyədəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumatlar da yer alıb. İddialara görə, müğənni həmin evdə "Best model of Azerbaijan" müsabiqəsinin modellərini stilist Anar Ağakişiyevlə birgə müəyyən pul müqabilində zənginlərə təklif edirmiş. Hətta Türkiyə mətbuatı da bir neçə il bundan əvvəl bu barədə məlumatlar yayıb. Müğənni bu xəbərə də münasibət bildirərək əsas məqsədin onu xalqın gözündən salmaq olduğunu bildirib.

"Pisimi də, yaxşımı da özüm etiraf edirəm. Axı nəyə lazımdır özünüzdən nəsə çıxarmaq. Xahiş edirəm əziyyətimizi heç etməyin" - deyə müğənni əlavə edib.

Xalq artisti hazırda qarşıdan gələn bayram çəkilişləri ilə əlaqədar başı qarışıq olduğunu, amma məqaləni dərc edən şəxs barədə məhkəməyə müraciət edəcəyini istisna etmədi.



Xəbəri paylaş

1 1168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___