Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamımız bir-birimizə bağlıyıq
Tarix: 10-03-2016 | Saat: 17:19
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Hamımız bir-birimizə bağlıyıq

"Dünyanın bir yerində kəpənəyin qanad çalması çox uzaqlarda qasırğaya səbəb ola bilər" ("Kəpənək effekti", Ceyms Suollou)
Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb. Dövlət başçısının sözlərinə görə, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir və bu, tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, onun Şurasının, həmsədrlər xanım Vayra Vike-Freyberqa və İsmail Serageldininin zəhmətlərinin nəticəsidir. Məhz məqsədyönlü şəkildə görülən işlər nəticəsində Mərkəz qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilib.
İlham Əliyev daha sonra bəyan edib ki, forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.
Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.
Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, forumda dünyada sülh, təhlükəsizlik və proqnozlaşdırmaya xidmət edən faydalı fikirlər ifadə ediləcək.
İlham Əliyev, həmçinin əlavə edib ki, hər bir beynəlxalq forumun səviyyəsi əsasən onun iştirakçı siyahısından - dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai xadimlər, ekspertlər - asılıdır.
Dövlət başçısının sözlərinə görə, bununla da bu, bu gün və sabah baş tutacaq müzakirələrin səviyyəsini göstərir.
Ötənilki baharın analoji görüşündən bəri dünyada vəziyyət dəyişib və təəssüf ki, müsbət istiqamətdə deyil.
Dünya həll edilməmiş münaqişələrin qalması fonunda təhlükəsiz olmayıb.
İlham Əliyev bildirib ki, ölkələr, hökumətlər, siyasətçilər gərginliyi azaltmağa çalışmaq, əməkdaşlıq, qarşılıqlı anlayış və qarşılıqlı hörmət üçün zəmin yaratmaqda öz rollarını oynamalıdırlar. Əks halda vəziyyət pisləşməyə davam edəcək.
Prezident İlham Əliyev narahatlıq doğuran məsələlər sırasında Yaxın Şərqdəki, Avropanın bəzi hissələrindəki vəziyyəti, son illərin reallığı olan qaçqın böhranını sadalayıb.
IV Qlobal Bakı Forumunun əsas vəzifələrindən biri bu məsələlərin həllidir, xüsusilə də forum iştirakçılarının səviyyəsini və onların dünya məsələlərinin həllində töhfəsini, təcrübəsini, biliyini diqqətə alsaq, forum mövcud vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər.
"Biz hamımız bir vəzifəyə bağlıyıq - qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya yardım etmək. Biz hamımız bir-birimizlə bağlıyıq. Bəzən elə gəlir ki, televiziya vasitəsilə izlədiyimiz dünyanın müxtəlif hissələrində baş verən təhlükəli hadisələr digər planetdə cərəyan edir, lakin bu, yanımızda baş verir. Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq. Digər dövlətlərin işinə hər bir müdaxilə, hər bir hərəkət, hər bir addım müdaxilə edənlərə çətinliklər yarada bilər. Bu, hazırkı reallığın əsas dərsidir. Biz hamımız bir-birimizə hörmət etməliyik, seçimimizə, ərazi bütövlüyünə, gələcəklə bağlı planlarımıza hörmət etməliyik, biz hamımız qarşılıqlı fəaliyyət göstərməliyik, çünki əsas məqsəd gərginliyin və mövcud təhdidlərin azaldılmasıdır".
lV Qlobal Bakı Forumu regional önəmli tədbir deyil. Daha doğrusu, Forum hələ illər əvvəl bu ölçüdən çıxıb, təsir müstəvisini genişləndirib və dünyada cərəyan edən proseslərin təhlili, yanlış istiqamətlərin aşkarlanması, millətlər arasındakı fərqlərin elə millətlərin rifahına və inkişafına yönələn amilə döndərilməsi, humanitar fəlakətlərin qarşısının alınması, silahlı münaqişələr və toqquşmaların preventiv önlənməsinə yönəlmiş strategiyanın hazırlanması istiqamətində ən optimal yolları arayan düşünərlərin, siyasətçilərin və dövlət xadimlərinin bir araya gəldikləri zirvə toplantısına çevrilib.
Tarix yalnız məkanlar, toz basmış kitablardakı adlar və ya muzeydəki eksponatlar yox, həm də əməllərimiz, seçimimiz, sabahla bağlı planlarımız və gerçəkləşdirmək istədiyimiz niyyətimizdir. Hər birimizin, yaşamın hər anında.
Çağdaş dünyada isə insanların indisini kobud müdaxilərlə, qaba təzyiqlərlə dəyişən güclər əslində insanları keçmişlərindən məhrum edlirlər. İnsanları olduğu kimi davranmağa, yaşamağa qoymayanlar onları mənəvi məhvə aparır.
Vücud fiziki yaşamda olsa da, itirilimiş tarixlə ümidsiz sabah arasında sadəcə, zəif körpüyə çevrilir.
Qəbul etdiyimiz hər bir qərar ehtimal dalğasını bizdən önə qovur və "baş verə bilərdi" ilə "baş verməyə də bilərdi" təki dəyərləndirə biləcəyimiz olayların izləri yolumuzdan kənara səpələnərək buzqıran gəminin önündə dağılan çatlar təki şaxələnir.
Və o zaman hər birimiz ayaq saxlayır, geriyə baxır, deyir: "Əgər o zaman orada yox, burada olsaydım, hadisələr dəyişərdimi, zaman tərsinə çevrilərdimi?!"
Bu fikirlərdən yorulana qədər düşünürük. Halbuki əsrlər əvvəl müdriklərdən biri demişdi ki, etdiyimiz seçim qəbul etdiyimiz qərarlardan ayrı, təcrid olunmuş vəziyyətdədir və insan da nəyi nə zaman etmək gərəkdiyinir çox zaman bilmir. Gərçi bütün mümkün variantlar haradasa uduzulursa, nəyisə haradasa udmağın mənası qalırmı?
Bakıda işə başlamış lV Qlobal Bakı Forumu çağdaş dünyada yaşanan və əfsuslar olsun ki, sürətlə böyüyərək sivilizasiyanın özü üçün təhdidə çevrilməyə başlamış "qaynar qazan" anlamının doğurduğu, ən başlıcası isə bundan sonra yarada biləcəyi fəsadlara qarşı yönəlmiş ən effektiv vasitələrdən biri də sayıla bilər.
"Qaynar qazan" ("melting pot") Şərq və Qərbi qarşı-qarşıya qoyan, "sivilizasiyalar toqquşması"nın qaçılmaz olduğunu iddia edən siyasi qüvvələrlə güc mərkəzlərinin çox fəal şəkildə təbliğ edərək reallaşdırmağa can atdıqları etnik inkişaf modelidir.
Bəhs etdiyimiz model insanları sadəcə, cəmiyyətin fərdi sayır və bu fərdlərin irqi, dini, etnik mənsubiyyətlərinin törəmə funksiya, az qala gərəksiz atavizm olduğunu vurğulayır.
Multikulturalizm siyasətinin və ümumiyyətlə, fəlsəfəsçinin tam əksi, antoqonisti və antonimi olan "qaynar qazan" prinsipinin kökündə britaniyalı jurnalist-yazar İsril Zanquillin "Melting Pot" pyesinin dayandığı deyilir.
"Qaynar qazan" ideoloqlarının fikrincə, ən müxtəlif millətlərdən olan insanlar, fərqli etnik mənsubiyyətli şəxslər bir yerdə, bir ölkədə, bir şəhərdə, hətta bir kənddə yaşayırlarsa, onlar dini və milli mənsubiyyətlərini ikinci, hətta üçüncü dərəcəli məsələ saymalıdırlar.
Breyvikin davamçıları olmamalıdır
2011-ci ildə Fransanın o dönəmdəki prezidenti Nikolya Sarkozim ölkədəki multikulturalizmlə bağlı danışanda TF1 telekanalının efirində demişdi: "Fransada multikulturalizm siyasəti iflasa uğrayıb. Bəli, bu iflasdır. Həqiqət budur ki, bizim demokratik ölkələrdə gələnlərin identikliynin qayğısına çox qalınır, amma qəbul edən tərəfin identikliyi barədə az düşünülür. İcmaların bir-birlərinin yanlarında yaşqadıqları cəmiyyət bizə gərək deyil. Əgər kimsə Fransaya gəlirsə, milli, vahzid cəmiyyətə qarışmalıdır. Və əgər kimsə bununla razı deyilsə, Fransaya gəlməsin. Müsəlman həmvətənlərimiz başqa dinlərdən olan bütün başqa vətəndaşlarımız kimi yaşamalıdır. Bu zaman Fransada İslamdan yox, fransız İslamından danışmaq olar".
Fransadakı ifrat sağçıların lideri Marin Le Pen də ölkə şəhərlərindəki məscidlərdə yer olmayanda küçədə namaz qılan müsəlmanları "nasist işğalçılar" adlandırmışdı.
Bu fikirlər norveç terrorçu, ifrat millətçi, 2011-ci ilin iyulun 22-də Osloda və Utyoyya adasında ikiqat terror aktı törədən, 77 nəfəri qətlə yetirib 151 nəfəri yaralayan Anders Berinq Breyvikin dedikləri ilə sanki unison təşkil edir.
Breyvik məhkəmədə söyləmişdi: "Ruger Mini-14 karabinini niyə almışdım?! Dükanda "Alış məqsədi" qrafasında "maral ovlamaq üçün" yazdım. Halbuki həqiqəti bəyan etməık, "mədəni marksistlər və multikulturalist satqınları gülləmək üçün" yazmaq istəyirdim".
Breyvik kimilərində qatil, terrorçu və cəllad şüururun formalaşmasının başlıca səbəblərindən biri "bütün mədəniyyətlər əriyib, birləşib bir olmalıdır" ideologiyasını yaymağa çalışanların fəaliyyətidir.
Halbuki Qərblə bahəm, Şərqdə ekstremizm, terrorçuluq və dinim, habelə milli zəminqdə dözülməzliyə ən effektiv müqavimət forması, daha konkret olsaq, radikallıqla aqressivliyin "zərdab peyvənd"i multikulturalizmdir.
Bakıda keçirilən IV Qlobal Forum da ən müxtəlif mədəniyyətlərə bir mozaikanın tərkib şissəısi kimi baxılmasının vacibliyini vurğulayır.
Mədəniyyətlər paralel mövucud olaraq qarşılıqlı şəkildə sintez olmalı, bir-birlərimni ümumbəşəri məcrada zənginləşdirməlidir.
Rəsmi Bakı da Forumun başlıca məqsədi kimi ölkələr, hökumətlər və siyasətçilər arasında gərginliyin azaldılmasına çalışmaq, həmçinin qarşılıqlı anlayış və sayğı prinsiplərinin önə çəkildiyi əməkdaşlıq üçün zəmin yaradılmasının yollarının aranmasıdır.
Qərbin son illərdə Yaxın Şərq və Şimali Afrikadan olan miqrantlarla davranışı xalqlara demokratiya dərsləri keçməyə müştaq olanların çox sadə həqiqəti unutduğunu göstərir.
Çayın qarşısı bəndlə kəsilərsə, o, məcrasından çıxacaq və həmin çayın sahilində ev tikmək istəyənin də vay halına.
Bütün hallarda tarix qalib gəlir: yaşananların kimlərinsə xoşuna gəib-gəlməməsindən asılı olmayaraq.
Çağdaş dünyanın qarşılıqlı anlaşma və əməkdaşlıqdan savayı yolu yoxdur.
Çünki dövlətlər, millətlər, insanlar bir-birinə bağlıdır.
Bakıdakı IM Qlobal Forumun da əsas messici elə budur.


Xəbəri paylaş

7638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___