Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakını 4 il vahimədə saxlayan manyakın DƏHŞƏTLİ hekayəsi
Tarix: 10-03-2016 | Saat: 16:11
Bölmə:Karusel / Hadisə / Maraqlı / M2 | çapa göndər

Bakını 4 il vahimədə saxlayan manyakın DƏHŞƏTLİ hekayəsi

Düz 4 il, 4 il Bakı milisi onu ələ keçirə bilməmişdi. Düz 4 il Bakı səksəkədəydi. Sovet Azərbaycanının paytaxtında vəziyyət elə həddə gəlmişdi ki...analar qızlarını məktəbə buraxmaqdan belə imtina etmişdilər. Hə, Bakıda manyak peyda olmuşdu. Bakının az qala bütün milis idarələrində azyaşlıların zorlanmasıyla bağlı ərizələr vardı...

***
"Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, Mişiyev Bakıda anadan olmuşdu. Ailənin yeganə övladı idi. Ona görə də Mişiyevlər Gennadinin ali təhsil almasını arzulayırdılar. Atası İsa Mişiyevin dostlarından biri Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda işləyirdi. Məhz bu tanışlıq vasitəsi ilə Gennadi bu ali məktəbin qiyabi şöbəsinə daxil olur. O, eyni zamanda şəhərdəki kombinatların birində qaynaqçı da işləyirdi. Əməkhaqqı az, iş ağır olduğundan 3 ay duruş gətirə bilmişdi bu işdə.

Gennadi anadan xəstə doğulmuşdu. Həkimlər Mişiyevlərə bildirmişdilər ki, ikinci övladın olması ananın səhhətinə çox pis təsir edə bilər. Doğuş yasaqlanmışdı ana Mişiyevaya. Gennadi də buna görə ailənin tək övladı idi. Orta məktəbdə qaraqabaqlığı ilə seçilərdi. Sinifdə nə dostu vardı, nə də deyib-güldüyü birisi. Xüsusən qızlara qarşı çox qıcıq idi. Kiçik bir zarafat üstündə belə sinif yoldaşı olan qızlarla davaya çıxa bilirdi. Sonradan, lap sonradan ilkin istintaqa verdiyi ifadədə özü də etiraf edəcəkdi. "Məndə cinsi pozğunluq olduğunu yeniyetmə vaxtımda hiss etmişdim. Qızlara qarşı nifrətim də elə buna görə idi".

Amma bütün bu etiraflara hələ çox vardı. Düz 4 il. Bu dörd il ərzində isə o, 17 qız uşağını, özü də məktəbli uşaqları zorlayacaq, bir neçəsinin isə ölümünə səbəb olacaqdı.

***
1978-ci il martın 1-i. İndiki Nərimanov rayonunda həyətləri birində oynayan 8 yaşlı R.İ. ucaboylu bu dayı ilə həvəslə söhbətə başlayır. O, özünü qızcığaza sahə həkimi kimi təqdim etmiş, uşaqları yoxlamaq üçün həyətə gəldiyini demişdi. Qızdan evlərində kiminsə olub-olmadığını soruşmuşdu. Uşaq isə bildirmişdi ki, evdə heç kim yoxdur. Açar isə qonşudadır. Onu isə həyətdə oynamağa buraxıblar. İyrənc planını həyata keçirmək üçün çox fikirləşmir. Uşağa deyir ki, onda çardağa qalxaq, orada səni yoxlaycam. Cibindən bir alma da çıxarıb verir...

Mişiyev R.İ.ni zorladıqdan sonra tez aşağı düşür. Və hadisə yerindən uzaqlaşır. Qurbanıyla bir də 4 ildən sonra üz-üzə gələcəkdi manyak. Məhkəmədə. Şahidlərin dediyinə görə, R.İ. Mişiyev məhkəmə zalına gətirilən kimi qışqıraraq bayılıb. Eləcə də digər qurbanlar. Hə, bu qurbanların sayı nə az, nə çox - 17 nəfər idi.

***

Mişiyev balaca məktəbli qızları qurban seçirdi. Sonralar məhkəmədə verdiyi ifadələrində deyirmiş ki, onu məktəbli formasında olan qızlar daha çox ehtirasa gətirirmiş. Xüsusən ağ koftalı və pioner qalstuku gəzdirən qızlar. Dəhşət ondadır ki, ilk cinayətindən sonuncusuna, 4 oktyabr 1982-ci ilə qədər onun qurbanlarının hamısı 13 yaşından kiçik qızlar olub.
Onu elə sonuncu qurbanı ələ verib. 13 yaşlı L.D.-ni keçmiş Şaumyan, indiki Xətai rayonu ərazisində tapır manyak. Məktəbdən çıxanda görür və izləməyə başlayır. Qız küçəni keçib dalana girən kimi qarşısını kəsir, bıçaqla hədələyərək dalanın sonundakı yarıuçuq tikiliyə gətirir. Burada onu zorlayır. Uşağın qışqırmasının qarşısını almaq üçün elə küçədən tapdığı sellofan torbanı onun başına keçirir. Qızdan aralanandan onun ölmüş bilir. Amma qız sağ imiş. Onun valideynləri dərhal rayon milis idarəsinə müraciət edirlər. Əməliyyat qrupu yaradılır. Qızın ifadələri alınır. Manyakın xarici əlamətlər əsasında foto-robotu hazırlanır. Nəinki həmin rayonda, bütün Bakıda elə bil milis işçisi yox imiş ki, Mişiyevin şəkli onlarda olmasın. Nəhayət, Keşlədən gələn bir zəng operativ qrupu bu qəsəbəyə yollayır. Mişiyevin şəkillərindən biri qəsəbədəki milis bölməsinə vurulubmuş. Yaxınlıqdakı çayxanada ələ keçir Mişiyev. Sonuncu cinayətindən 3 gün sonra. Milis bölməsində onun şəklini görən yerli sakinlərdən biri qara eynəkli, plaş geyinmiş manyak barədə vaxtında xəbər verə bilmişdi.

Milis onu saxlayanda heç bir müqavimət göstərmir. Bölmədən milis idarəsinə aparılır. Və 13 yaşlı L. də valideynləri ilə bərabər şöbəyə çağırılır. Qız Mişiyevi görən kimi qışqırmağa başlayır. Onu birtəhər sakitləşdirilər. Mişiyev özü də şokda idi. Çünki L.-ni ölmüş bilirdi.
Mişiyev təkcə bu əməlini boynuna almaq istəyir. Başqa cinayətlərdə əlinin olmadığını bildirir. Amma istintaq hərəkətləri keçdikcə onun dəhşətli əməllərinin üstü açılır. Zorlama, zorlama, zorlama və qətllər.

Artıq geri çəkilməyə yer yox idi. Mişiyev törətdiyi başqa bir dəhşətli cinayətini də etiraf edir...

***

T.-nin valideynləri onun ehtiyatsızlığın qurbanı olduğunu düşünürdülər. 5-ci mərtəbənin damından yıxılmış 10 yaşlı T.ni xilas etməyə gəlmiş təcili yardım da artıq gecikmişdi. Hadisə yerinə baxış keçirən milis də heç nədən şübhələnməmişdi. Əksinə, qızın valideynlərinin məsuliyyət məsələsi ortaya çıxmışdı.

10 yaşlı T.-ni də Mişiyev məktəbdən çıxanda təqib etmişdi. Düz evlərinin blokuna qədər. Qızı aldadaraq çardağa çıxartmışdı. Zorlamaq istəyəndə isə zavallı qızcığaz sivişərək qaçmışdı. Mişiyev qızın arxasınca düşsə də, qız səndələyərək aşağı, yerə düşmüşdü. Mişyev sonradan etiraf edəcəkdi ki, küçəyə çıxanda qızın başının üstündə onlarla adamın olduğunu görür. Bu vaxt təcili yardım maşını gəlir. Qızın öldüyü dəqiqləşdir. Mişiyev məhz bundan sonra hadisə yerini tərk edir.

***
4 il ərzində 17 nəfəri zorlamışdı. Əsasən də 7-13 yaşlı qızları hədəf seçirmiş. Çox məkrli plan qururmuş. Rahatca şəhərdə gəzər, tapdığı körpə qızların məktəb - ev trayektoriyasını öyrənər və özündə qeydlər aparardı. Məhz 2-3 gündən sonra qurbanının dalınca gələrdi.

Mişiyev məhkəmədə verdiyi ifadədə törətdiyi cinayətlərdən bir barədə danışırdı: "1982-ci ilin avqust, ya sentyabr ayı idi. Əhmədlidəki binaların birinin blokuna girdim. Təxminən 13 yaşlı bir qız uşağı poçt qutusundan "Pionerskaya pravda" qəzetini çıxarmaq istəyirdi. Mən ona yaxınlaşıb, öz köməyimi təklif etdim. Dedim, atası məni onun dalınca göndərib. Sonra isə əlimdəki bıçaqla onu qorxudaraq, zorladım... Mənzillərində nə qədər axtarsam da, pul tapmadım".

***
Məhkəmədə isə artıq əsəbləri dözmürdü Mişiyevin. "Məni bağışlamayacaqlar. Bunu bilirəm. Amma xahiş edirəm, məhkəməni tez başa çatdırın. Bu uşaqların üzünə baxmağa gücüm qalmayıb. Ən ağır cəzanı verin, amma tez bitirin".

Məhkəmə prosesi 1 ay 20 gün davam edir. 1985-ci il dekabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi ona ölüm cəzası verir.

***
Yox, hələ bitməyib. Bir az da səbirli olun. Mişiyevi Bakıda saxlamırlar. Onu Moskvaya, "Butırka" türməsinə gətirilər. Bütün Bakı yaxın vaxtlarda ölüm hökmünün icra olunacağını gözlədiyi halda...Mişiyevin vəkilləri SSRİ Ali Məhkəməsinə şikayət ərizəsi verirlər. SSRİ Ali Məhkəməsi isə nə sirri-xudadırsa, ölüm hökmünü 15 illik cəzayla əvəzləyir...

***

Sağdırsa, Mişieyvin indi 58 yaşı var. Bəlkə də yaşayır. Amma buna yaşamaq demək mümkünüdürsə...


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___