Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəxsiyyət vəsiqələrini səyyar xidmətlər verir
Tarix: 09-03-2016 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəxsiyyət vəsiqələrini səyyar xidmətlər verir

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Neftçala və Tərtər, həmçinin paytaxtın Binəqədi, Qaradağ, Xəzər rayonlarının polis şöbə və idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakları ilə həmin rayonlarda baş tutub.

Belə ki, keçirilmiş səyyar xidmətlər zamanı Binəqədi rayonunda 188, Müşfiqabad qəsəbəsində 383, Biləcəri qəsəbəsində 740, Şüvəlan və Binə qəsəbələrində 330, eyni zamanda, Neftçala rayonunda 92, Tərtər rayonunun Qapanlı və Yuxarı Qaradağlı kəndlərində 250 vətəndaşın, ümumilikdə, 2 minə yaxın vətəndaşın müvafiq sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___