Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yel çərşənbəsini necə qarşılamalıyıq?
Tarix: 08-03-2016 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Yel çərşənbəsini necə qarşılamalıyıq?

İlaxır çərşənbələrindən daha biri gəlib çıxdı. Bu gün Yel çərşənbəsidir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda Yel çərşənbəsində torpağın altında yatmış dörd cür küləyin yer üzərinə çıxdığı və müxtəlif libaslarda özünü göstərdiyi qeyd edilir. Mifologiyada ağ yel - ağ, qara yel- qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel çərşənbəsi ilə bağlı inanclar:
Qədim deyimlərə görə, Yel baba xırmana gəlməzdən öncə oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
İnanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eləyib, Yel babanı çağırmaq lazımdır. Yel baba səsi eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, dilək yerinə yetər.
Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Yel çərşənbəsində süfrə:
Yel çərşənbəsi günü tonqallar qalanır, südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.

Bu çərşənbə ilə bağlı atalar sözləri:
*Yel əsib qoz tökülüb
*Yelnən gələn selnən gedər
*Yel apardığını qaytarmaz
*Yellə dost olan yellənə-yellənə qalar
*Yel bağlayanı el açar
*Yel aparan yelinki, yerdə qalan mənimki
*Kələknən gələn, küləknən gedər
*Yel qayadan nə aparar


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___