Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kreditini ödəmədi, maaş kartı bloklandı - Video
Tarix: 08-03-2016 | Saat: 00:11
Bölmə:Karusel / İqtisadiyyat / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Kreditini ödəmədi, maaş kartı bloklandı - Video
Banklardan biri müştərisini kredit ödənişini gecikdirdiyinə görə maaşından məhrum edib.

"Xəbəraz.az "ın xəzərxəbər-ə istinadən məlumatına görə, müştəri ilə bağlanan müqavilədə qeyd olunub ki, borc alan öhdəliklərini icra etmədikdə borc verən onun hesabındakı məxaric əməliyyatlarına məhdudiyyət qoya bilər. Həmin bankda bütün müştərilərlə bu müqavilə imzalanır.

Hüquqşünaslar isə müqaviləyə belə bir bəndin salınmasını doğru saymır. Çünki müştəriyə əmək haqqı verən bank yox, işə götürəndir. Bank sadəcə, maaşın təqdim edilməsində vasitəçi rolunu oynayır.

Müştəri müqaviləyə imza atsa belə, qeyri-qanuni hala görə bu sənəd etibarsız sayılır.

Müştəri borcu mütəmadi olaraq ödəmirsə, bank onu məhkəməyə verə bilər. Bundan sonra “İcra haqqında qanun”a əsasən hər ay həmin şəxsin aldığı əmək haqqının yarısı borcun ödənilməsinə yönəlir. Məbləğ kredit götürənin maaşından yalnız bu halda tutula bilər. Bankın istənilən vaxt müştərinin hesabına müdaxiləsi isə yolverilməzdir.


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___