Çexiyaya viza almaq asanlaşdı
Tarix: 14-04-2015 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakıda Viza Mərkəzi açılır.
Aprelin 27-də Çexiyanın Azərbaycandakı səfirliyi Bakıda Viza Mərkəzi açacaq.
Xeberaz.az AzərTAc-a istinadən xəbər verir ki, mərkəzin açılması Çexiyanın Azərbaycandakı səfirliyi viza üçün sənədlərin verilməsi prosesində dəyişikliklərlə bağlı, eyni zamanda, Azərbaycan vətəndaşları və xarici vətəndaşlar üçün xidməti daha da təkmilləşdirmək məqsədilə həyata keçirilir.
Səfirlikdən bildirilib ki, Çexiya Xarici İşlər Nazirliyi tərəfindən keçirilmiş beynəlxalq müsabiqədə qalib gələn VFS. Global şirkəti Viza Mərkəzinə öz xidmətlərini göstərəcək.
Aprelin 6-dan həm Viza Mərkəzinə, həm də Çexiya səfirliyinin konsulluq şöbəsinə qısamüddətli şengen vizasına sənədləri təqdim etmək üçün ilkin qeydiyyat başlanıb. Qeydiyyat bazar ertəsi – cümə günlərində saat 09.00-dan 13.00-dək və 14.00-dan 16.00-dək bu telefon nömrəsi ilə aparılır: +994 12 404 76 38
Məlumata görə, Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya səfirliyinin konsulluq şöbəsində, həmçinin Viza Mərkəzində qəbul edilməyəcək.
Viza Mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşir (Demirchi Tower, 2-ci mərtəbə).
Viza mərkəzinin rəsmi saytı: http//www.vfsglobal.com/czechrepublic/Azerbaijan
Mərkəzin rəsmi elektron ünvanı: [email protected]
Sənədlərin qəbulu bazar ertəsi-cümə günləri saat 09.00-dan 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə günləri saat 11.00-dan 17.00-dək keçiriləcək (Nahar fasiləsi: saat 13.00-dan 14.00-dək).
Viza Mərkəzi yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və əlavə xidmətlər əvvəllər olduğu kimi, yalnız Çexiya səfirliyinin konsulluq şöbəsində həyata keçiriləcək.
Qeyd edək ki, yeni qaydalar və sənədlərin qəbulu ilə bağlı bütün məlumatları bu telefon nömrəsi vasitəsilə əldə etmək olar: +994 12 404 76 38.
Xəbəri paylaş
7178 dəfə oxunub.
Digər xəbərlər

15-05-2019, 16:25
Sabah 32 dərəcə isti olacaq
4-09-2016, 09:54
Günün qoroskopu: maneələri dəf edə bilərsiniz
20-10-2015, 23:30
Şuşa bu gün - FOTOLAR
9-10-2017, 16:11
Türkiyə bundan imtina edə bilər - Moskvaya ŞOK
9-10-2017, 10:39
Ginekoloq arvadını öldürən polisin cəzası dəyişdi - Foto
30-07-2016, 12:09
1 sualı səhv yazıb, 692 bal toplayan qızın ürəkdağlayan hekayəsi - FOTO
14-10-2018, 14:10
Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu
13-12-2015, 19:14
Gömrükdən Yeni il əməliyyatı (FOTO)
15-01-2019, 12:35
Məhkumlar aclıq aksiyası keçirir? – RƏSMİ AÇIQLAMA