Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Regional informasiya saytı Xeberle.com bağlanmaq təhlükəsi ilə üz-üzə
Tarix: 07-03-2016 | Saat: 11:33
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Regional informasiya saytı Xeberle.com bağlanmaq təhlükəsi ilə üz-üzə

Sumqayıtda fəaliyyət göstərən informasiya portalı Xeberle.com bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Sayt təsisçilərinin yaydığı açıqlamada bildirilir ki, yaxın vaxtlarda media orqanı fəaliyyətini dayandıra bilər: "Artıq 4 ildir ki, Xeberle.com Sumqayıt şəhərinin ictimai-sosial, siyasi, mədəni həyatında baş verən hadisələri dolğun və operativ şəkildə oxucularına çatdırır, həmçinin baş verən nöqsanları göstərir. Eyni zamanda portalın təsisçiləri tərəfindən ötən ilin aprel ayında Sumqayıt TV (www.sumqayit.tv) adlı onlayn televiziya yaradılıb. 6 ay fəaliyyət göstərən Sumqayıtın ilk internet televiziyası müvəqqəti olaraq fəaliyyətini dayandırası olub. Bəllidir ki, ölkədə və regionda son bir ildə baş verən iqtisadi proseslər reklam bazarına, eləcə də gəlirlərə mənfi təsir göstərib. Hər gün minlərlə oxucusuna informasiya təminatçısı olan portal hazırda ciddi maliyyə böhranı keçirir. Bu da fəaliyyətimizə, birbaşa işimizin keyfiyyətinə mənfi təsir göstərməkdə davam edir. Artıq saytın fəaliyyətini əvvəlki kimi davam etdirmək gücündə deyilik. Saytda çalışan işçilər ixtisar edilib. Bütün bunlar bir daha onu göstərir ki, sayt ciddi maliyyə sıxıntıları keçirir və belə davam edərsə yaxın zamanlarda fəaliyyətini tamamilə dayandıra bilər”.

Təsisçilər qazandığı uğurların əsasında oxucu rəğbətinin durduğunu vurğulayıb və sadiq, imkanlı oxucularından dəstək istəyib: "Hər zaman bizi izləyən sumqayıtlılara, daim bizə dəyər verən oxucularımıza təşəkkür edirik. Yaxşı dərk edirik ki, bu gün qazandığımız uğurlara görə onlara borcluyuq. Bu illər ərzində bir sıra problemləri işıqlandırmışıq ki, sonradan öz həllini tapıb. Ölkənin ən iri KİV-ləri Sumqayıtla bağlı xəbərləri məhz portalımıza istinad edərək işıqlandırıb. İstərdik ki, Sumqayıt uğrunda fəaliyyətimizi bundan sonra da uğurla davam etdirək. Amma hazırda düşdüyümüz çətin vəziyyətdən çıxış yolunu yalnız sadiq, imkanlı oxucularımızın bizə yardım etməsində görürük. Biz birlikdə güclüyük”.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___