Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ağır qəzada avtobus sürücüsü əsl qəhrəmanlıq edibmiş - VİDEO
Tarix: 06-03-2016 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda ağır qəzada avtobus sürücüsü əsl qəhrəmanlıq edibmiş - VİDEO

Bakıda iki gün əvvəl baş vermiş ağır yol qəzası ilə bağlı yeni məlumat yayılıb. "Xəbəraz.az " avtosfer.az-a istinadən bildirir ki, aeroport yolunda "Toyota Prado", "Chevrolet", "Daewoo", "VAZ" və 160 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində daha ağır fəsadlar ola bilərmiş. Lakin "Daewoo" markalı, 10 TG 253 dövlət nömrə nişanlı avtobusun sürücüsü peşəkarlıq göstərərək insan tələfatının qarşısını alıb. Məlumata görə, avtobusa arxadan çırpılan minik avtomobili qarşı yola çıxıb. Avtobus isə piyada keçidinin yanındakı dayanacağa çatarkən aldığı güclü zərbədən idarəetmədən çıxaraq aşma təhlükəsi ilə üzləşib. Bu zaman dayanacaqda 25-ə yaxın sərnişin də olub. Avtobus yoldan çıxaraq dayanacağa istiqamət götürsə də, sürücü ayıq-sayıq tərpənərək sükanı kənara çəkə bilib. Nəticədə avtobus piyada keçidinə dəyib, sonra isə beton dirəyə çırpılaraq dayanıb.

Şahidlərin verdiyi məlumata görə, avtobus sürücüsü özünü itirmiş olsaydı və avtobus gəldiyi sürətlə dayanaca girsəydi, ən azı onlarla insan həlak ola bilərdi.

Qeyd edək ki, qəza zamanı xəsarət alan 21 nəfərin əksəriyyəti evə buraxılıb. 3 nəfər isə xəstəxanada müalicə olunur. Elə xəsarət alan həmin 3 nəfərdən biri də qəhrəmanlıq edərək insanların həyatını xilas edən avtobus sürücüsüdür.

Özünü təhlükəyə ataraq onlarla insanı ölümdən qurtaran həmin sürücüyə təşəkkür edirik!


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___