Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəsimidə “Kütləvi çıxarış” kampaniyası
Tarix: 06-03-2016 | Saat: 00:24
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Nəsimidə “Kütləvi çıxarış” kampaniyası
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin bilavasitə vətəndaşların ünvanına çatdırılması, daha sadələşdirilmiş şəkildə çevik təqdim olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.

Kampaniya çərçivəsində xidmətlərin mobil qaydada ünvanlara çatdırılması, bu sahədə əlçatanlığı, vətəndaşların rahatlığını və xidmətlərdən məmnunluq səviyyəsini daha da artırır.

“Kütləvi çıxarış” kampaniyası növbəti dəfə paytaxtın Nəsimi rayonunda keçirilib. Rayondakı yeni tikilmiş yaşayış binalarının birində 50-yə yaxın mənzil sahiblərinə reyestrdən çıxarış təqdim olunub. Bəzi sakinlərdən isə mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib. “Kütləvi çıxarış” kampaniyası binanın həyətində aparılıb.

Qeyd edək ki, indiyədək Bakının Səbail, Sabunçu, Xətai, Nizami rayonlarında, paralel olaraq regionlarda keçirilən belə kampaniyalardan 6800-ə yaxın vətəndaş faydalanıb.

Kampaniya növbəti həftələrdə də paytaxtla yanaşı, regionlarda davam etdiriləcək. Kampaniyadan faydalanmaq istəyənlər komitənin 148 çağrı mərkəzinə müraciət edə bilərlər.


Xəbəri paylaş

7408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___