Bakıda "Kamaz" "Opel"i əzdi: ölən var
Tarix: 04-03-2016 | Saat: 10:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Gecə saatlarında Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Xəbəraz.az " anspress-ə istinadən bildirir ki, avtoqəza Müşviqabad qəsəbəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda qeydə alınıb. Hadisə zamanı iki avtomobil - "KamAZ" markalı yük maşını ilə "Opel" markalı minik maşını toqquşub.
Müəyyən edilib ki, Habil İsmayılovun idarə etdiyi yük maşını ilə Məzahir Cəfərovun idarə etdiyi "Opel" markalı avtomobil qarşı-qarşıya hərəkət edirmiş.
Toqquşma güclü olduğundan "Opel" markalı avtomobil ciddi deformasiyaya uğrayıb. Onun sürücüsü, 33 yaşlı Məzahir Cəfərov aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib, Cəfərovun sərnişini, 31 yaşlı Elşad İmanov isə təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə yerində Abşeron Rayon Polis İdarəsinin istintaqçıları və dövlət yol polis şöbəsinin müfəttişləri olub. Yük maşınının sürücüsü Habil İsmayılovun ifadəsinin alınması üçün polis orqanına aparılıb.
İlkin ehtimala görə, yol qəzasına "Opel" markalı minik maşınının yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Faktla əlaqədar cinayət işi başlanıb. Avtoqəzanın dəqiq səbəbi təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

13-03-2019, 05:35
Damarları sağlam saxlayan məhsul
30-08-2016, 20:25
Gündəlik tələbat malları yenidən bahalaşdı
10-02-2017, 16:48
Siyavuş Novruzov niyə arıqlayıb? - “Çəki atıram”
25-03-2021, 13:06
Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanıldı
27-05-2015, 11:56
"Möhtəşəm yüz il" serialının "sultanları" modelyerlər sırasında
9-01-2022, 12:12
Azərbaycanda polis bu qadını axtarır - FOTO
28-03-2015, 17:16
150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin ayrıldığı sevgilisinə “elə bir şey edəcəm ki, adımı hər kəs duyacaq” dediyi məlum olub.