Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayramda qonağımız çox olacaq
Tarix: 04-03-2016 | Saat: 10:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bayramda qonağımız çox olacaq


"Novruz bayramı günlərində Azərbaycana xaricdən, xüsusilə İrandan gələcək turistlərin sayının artacağı gözlənilir".
"Xəbəraz.az " bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

O qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana İrandan gələcək turistlərin sayı artacaq. N.Bağırov artıq çox sayda iranlı turistlər tərəfindən otellərdə yerlərin bronlaşdırıldığını da söyləyib.

AzTA sədri əlavə edib ki, Azərbaycana İrandan gələn qonaqların sayının artmasını nəzərə alaraq, Azərbaycan Turizm Assosiasiyası nəzdində yaradılan Ekskursiya Bürosu fars dilində də bələdçilər hazırlamağa üstünlük verməyə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın Moskvada və İstanbulda turizm nümayəndəliyinin fəaliyyətə başladığını xatırladan Assosiasiya sədrinin sözlərinə görə, Rusiya bazarının Azərbaycana marağı daha da artıb: "Artıq hiss edirik ki, Rusiya bazarının Azərbaycana marağı daha da çoxalıb. Son 1 həftə ərzində turizm şirkətlərinə Rusiyadan daxil olan sorğuların da sayı artıb. Novruz bayramı günlərində Azərbaycana gəlmək üçün artıq Qazaxıstan və Özbəkistandan da yerli turizm şirkətlərinə sorğular daxil olmağa başlayıb".

N.Bağırov əlavə edib ki, Azərbaycan bazarına tələbat artdıqca yerli turizm şirkətləri arasında da rəqabət artır. Belə bir şəraitdə isə şirkətlər artıq standart deyil, fərqli turpaketlər hazırlamağa üstünlük verirlər.

AzTA sədri Azərbaycana gələn turistlər üçün turpaketlərin qiymətlərinin artıq çox əlverişli olduğunu söyləyib: "Onlar hesablaşmaları dollarla aparırlar. Manatın devalvasiyasından sonra onlar üçün çox sərfəli, ucuz qiymətlər yaranıb. Bütün turizm şirkətləri də bu fürsətdən istifadə etməlidir. Məsələn, Moskva bazarı üçün aviabilet, dördulduzlu oteldə qalmaq, səhər yeməyi, aeroportdan otelə, oteldən aeroporta transfer də daxil olmaqla, bir nəfər üçün 1 həftəlik paketin qiyməti 400 dollara başa gəlir. Bu da bir o qədər baha deyil. Ancaq bundan da aşağı qiymətlər var".

N.Bağırov qeyd edib ki, Azərbaycana gələn turistlər ilk növbədə Bakıya, daha sonra Qəbələ-Şəki və Quba-Qusar bölgələrinə səfər etməyə maraq göstərirlər.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___