Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Banklarda yerləşdirilmiş əmanətlərin aqibəti necə olacaq? – MİSALLAR
Tarix: 04-03-2016 | Saat: 10:01
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Banklarda yerləşdirilmiş əmanətlərin aqibəti necə olacaq? – MİSALLAR
Əgər bu əmanətçi əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət edir.

Məsələn A əmanətçi 9 yanvar 2016-cı il tarixində bir il müddətinə X bankda 12%-lə 10 min ABŞ dolları yerləşdirib. Bu əmanətçinin əmanətinin müddəti bitənədək onun əmanəti qorunur və sığortalanır.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.

“B əmanətçi 15 yanvar 2016-cı il tarixində 12%-lə bir il müddətinə 100 min ABŞ dolları məbləğində əmanət yerləşdirib.

Onun əmanətinin yalnız 30 min manata qədər olan hissəsi sığortalanır və kompensasiya məbləği 19 124 ABŞ dolları (30 min (AZN)/1.5687 (MƏZƏNNƏ ) = 19 124) təşkil edəcək və qalan vəsaiti (80 876 ABŞ dolları) sığorta hadisəsi baş vermiş bankdan almalı idi. Əgər bu əmanətçi əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət edir.

Bank müraciət gününə qədər hesablanmış faizləri hesablayır və müştəriyə ödəyir.

Müştərinin müqavilə dəyişdirilməsi istəyini nəzərə almaqla qorunan əmanətlər üçün faiz dərəcəsini (ABŞ dollar və digər xarici valyutalar üçün 3% ) tətbiq etməklə yeni müqavilə bağlayır və müştərinin əmanəti tam qorunur və sığortalanır”, - deyə Fonddan qeyd edilib.

Bundan başqa, ADİF-dən qeyd edilib ki, sığorta hadisəsi baş verdikdə 100 min ABŞ dolları və faizləri tam şəkildə Fond tərəfindən kompensasiya edilərək ödənilir.

Qeyd edək ki, Fondun Himayəçilik Şurasının martın 1-də qəbul etdiyi qərara əsasən, bu gündən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 12% müəyyən edilib.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___