“Bilmirəm türmədə sağ qalacağam, ya yox...”
Tarix: 13-04-2015 | Saat: 23:10
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Səbaildə “bomj” dostunu qətlə yetirən şəxs: “Bilmirəm türmədə sağ qalacağam, ya yox...”
Bakıda qətl hadisəsi baş verib. Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
Tüfeyli həyat tərzi keçirən 1970-ci il təvəllüdlü Rafiq Ağayevin meyiti yaşayış binalarının yanında yerləşən meydançada aşkar edilib. Onun bədənində kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. Araşdırma zamanı hadisəni qətlə yetirilən şəxsin tanışı, 1970-ci il təvəllüdlü Vladimir Kopeykin tərəfindən törədildiyi müəyyən edilib. Prokuror köməkçisi Mirfariz Seyidəliyevin sözlərinə görə, qatil qətli törətdikdən sonra hadisə yerindən qaçıb: "Hadisə yerindən qaçıb. Törətdiyi cinayəti etiraf edib".
Saxlanan Vladimir Kopeykin qətlin təfərrüatlarını APA TV-yə açıqlayıb: “"Görüşdük, oturduq bağçada, başladıq içməyə. Sonra təkrar içki almağa görə mübahisəmiz yarandı. Ana-bacı söyüşləri söyüldü. Bıçaq ortada idi. Kim birinci götürsəydi, o biri öləcəkdi".
Vladimirin sözlərinə görə, tanışına cəmi bir bıçaq zərbəsi vurub. Sonra onu hadisə yerində qoyaraq qaçıb.
“Bıçağı götürdüm, bircə dəfə vurdum. Əvvəllər məhkum olmuşam, törətdiyim əmələ görə peşmanam. Bilmirəm sağ qala biləcəyəm, ya yox...”
Qeyd edək ki, qətlə yetirilən Rafiq Ağayev də əvvəllər məhkum olunub. Faktla bağlı araşdırmalar davam edir.
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

17-12-2017, 11:26
"Açıq-saçıq geyinməsinə qadağa qoymuşam" - Sevdanın əri
19-04-2018, 12:20
ATV-nin aparıcısına vəzifə verildi
25-04-2023, 11:03
Biləsuvardakı partlayışda ana ölüb, övladları xəsarət alıb
23-04-2020, 17:54
Şənbə və bazar günləri işləyən şəxslər, o cümlədən jurnalistlər nəzərə alınacaq - RƏSMİ
4-02-2016, 15:26
Bakının mərkəzində izdiham - FOTO
30-05-2016, 21:35
Erməni Vardanyan Bakıdadır - Rusiya səfirliyi
11-04-2019, 12:16
Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı
25-09-2021, 11:37
Ermənistan yeni müharibəyə nə vaxt başlaya bilər? - Amerikalı ekspertdən ÖZƏL AÇIQLAMA
7-09-2017, 13:01
Şimşək çaxacaq, yağış yağacaq