Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-in vacib siması yaxalandı
Tarix: 03-03-2016 | Saat: 15:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İŞİD-in vacib siması yaxalandı
Pentaqon və Ağ ev rəsmiləri bu iddialar barədə açıqlama verməyiblər.
Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi kontingenti İraqda keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının əsas fiqurlarından birini ələ keçirib. bu barədə xəbərlər ABŞ mətbuatında yayılıb. ABŞ, xüsusi təyinatlıları tərəfindən saxlanılan terrorçu liderin istintaqa cəlb olunduğu bildirilir.
ABŞ Müdafiə Naziriliyi Pentaqon və Ağ ev rəsmiləri bu iddialar barədə açıqlama verməyiblər. Rəsmilər yerli mətbuatın yaydığı bu xəbərləri təkzib də etməyib. Terrorçu liderin şəxsiyyəti barədə isə məlumat verilməyib. Bu, bölgədə ABŞ rəhbəriyində hərbi əməliyyatlar keçirən beynəlxaslq koalisiyanın ələ keçirdiyi ikinci terrorçu liderdir.
Bundan əvvəl Suriyada qruplaşmanın liderlərindən olan Əbu Səyyafa qarşı əməliyyat keçirilmişdi. Əməliyyat zamanı Əbu Səyyaf öldürülmüş, həyat yoldaşı saxlanılmışdı. Amerika xüsusi xidmət orqanının əməkdaşları əməliyyat zamanı evdə ələ keçirilən kompüter, mobil telefon və s. bu kimi əşyaların xəzinə dəyərində olduğunu bildirmişdilər.
Son aylarda İraq hərbi birləşmələri və ABŞ rəhbərliyindəki beynəlxalq kolisiya İŞİD terror qruplaşmasına qarşı əməliyyatları intensivləşdirib.
Ötən həftə ABŞ prezidenti Barak Obama terror qruplaşması ilə mübarizə barədə açıqlama vermişdi. İŞİD-lə mübarizənin bir neçə ay əvvələ nisbətən daha yaxşı vəziyyətdə olduğunu deyən Obama Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Kanada kimi ölkələrlə yanaşı Türkiyə sərhədindəki təhlükəsizlik tədbirlərinin çoxaldılmasının bunda rolu olduğunu vurğulayıb.
Bu günə qədər İŞİD-ə qarşı 10 mindən çox hava əməliyyatı keçirildiyini deyən ABŞ prezidenti qruplaşmanın ötən ildən bəri nəzərə çarpacaq bir irəliləyişə nail olmadığını bildirib.
İŞİD-lə virtual mübarizədə də müvəffəqiyyət qazanmaq üçün əlaqədar qurumlarla – facebok, twitter, YouTube kimi "silikon vadisi"nin əsas İT firmaları ilə birgə çalışdıqlarını deyən Obama qruplaşma ilə mübarizənin asan olmayacağını, amma var güclərinin bütün ünsürlərindən istifadə edəcəklərini deyib.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___