“Azərilərlə kafeyə getməyə utanmırsan?” – VİDEO
Tarix: 03-03-2016 | Saat: 12:39
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər
“Vətənpərvərlərdən” biri qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırıb.
Qırğızıstan DİN Moskvada saxlanılan üç vətəndaşın kimliyini müəyyənəşdirib.
"Xəbəraz.az " islamnews-a istinadən xəbər verir ki, onlar Moskvada yaşayan həmvətənləri olan qızları ələ salır, bunu kameraya çəkərək videonu internet şəbəkədə yerləşdirirdilər.
Xatırladaq ki, fevralın 15-də Facebook-da naməlum şəxslərin iki bacıya əl qaldıraraq sorğu-sual etdikləri kadrların əks olunduğu video yayılıb.
Videonun müəlliflərinin qəzəbinə səbəb isə qırğız qızlarının gecə klubuna həmvətənləri ilə deyil, azərbaycanlılar ilə gəlməsi olub.
KİV-in məlumatına görə, hadisə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən “Solo” gecə klubunda baş verib.
“Nədir, kameraya çəkilməkdən utanırsan, amma azərilərlə kafeyə getməyə utanmırsan?”, - oğlanlardan biri deyir. Sorğu-suala tutulanlardan biri qırğızların “onu məyus etdiklərini” və bu səbəbdən də başqa millətin nümayəndələri ilə görüşdüyünü bildirir:
“Görüşdüyüm oğlan qırğız idi. O, rus qızı ilə görüşməyə başladı, indi onlar mənim mənzilimdə bir yerdə yaşayırlar”.
Video “vətənpərvərlərdən” birinin qızlara azərbaycanlıların “qırğız olmadığını” qışqırması ilə bitir.
Qırğızıstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, qızları ələ salan üç nəfər saxlanılıb: Moskvada süpürgəçi işləyən T.uulu Z. (27 yaş), fəhlə A.uulu A. (20 yaş) və yükdaşıyan A. Uulu M. (19 yaş).
Qırğızıstan DİN-in nümayəndəsi Rusiyada saxlanılan şəxslərlə profilaktik söhbət aparıb. Onlar törətdikləri əməllərin hüquqi qiymətləndirilməsi üçün hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.
Xəbəri paylaş
7248 dəfə oxunub.
Digər xəbərlər

22-05-2021, 15:36
Samirə Efendi "Eurovision 2021"də qalib ola bilər - “Daily Express”
9-11-2016, 11:21
Günel Ağayeva Bayraq Gününü belə təbrik etdi- FOTO
17-06-2015, 13:30
Süleyman Dəmirəl vəfat etdi
4-09-2021, 16:33
“Bolluq LTD”-yə məxsus uşaq yeməyindən bit çıxdı - VİDEOFAKT
21-09-2022, 11:10
Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL
26-11-2016, 20:55
YENƏ İNAM BAYRAMOV KÜLƏYİ ƏSƏCƏK – FOTOSESSİYA
20-08-2018, 16:06
Qurban bayramı ilə əlaqədar qatarlara əlavə vaqonlar qoşulacaq
6-04-2016, 13:22
İlham Əliyev: "Əməliyyatların sonrakı gedişi Ermənistan rəhbərliyinin özünü necə aparmasından asılıdır"
7-10-2016, 14:19
Bakıda 15 yaşlı qızdan doğum günündə DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT