Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyda oynamaq üstündə qan düşdü: əmisini öldürdü - TƏFƏRRÜAT
Tarix: 02-03-2016 | Saat: 15:16
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Toyda oynamaq üstündə qan düşdü: əmisini öldürdü - TƏFƏRRÜAT
DİN Ağdamdakı qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağdam rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 1-də Ağdam rayonunda yaşayan Nurəddin Qurbanov evində keçirdiyi ad günü məclisində, qohumu Cabir Fərəcov münaqişə zəminində əmisi Seymur Fərəcova bıçaqla xəsarət yetirib. S.Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Fərəcov tutulub.

*****

12:03

Dünən Ağdam rayonunda törədilmiş qətl hadisəsi ilə bağlıı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Təzəkənd kəndində 30 yaşlı Fərəcov Cabir Məhəmməd oğlu əmisi, 46 yaşlı Fərəcov Seymur Fərəc oğlunu münaqişə zəminində qətlə yetirib.

Bildirilir ki, dünən S.Fərəcovun həyətində toy məclisi keçirilirmiş. Toyda oynamaq üstündə mübahisə yaranıb və S.Fərəcov qardaşı oğluna acıqlanıb. Bundan sonra tərəflər arasında münaqişə yaranıb və 30 yaşlı Cabir əmisini bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb və əmisini qətlə yetirən şəxs artıq tututalaq istintaqa təhvil verilib.


*****

1 mart

Ağdamda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon sakini Fərəcov Cabir Məhəmməd oğlu əmisi Fərəcov Seymur Fərəc oğlunu bıçaqlayaraq qətlə yetirib.

S. Fərəcovun evində baş tutan məclis zamanı ailə münaqişəsi zəmində mübahisə yaşanıb. Hadisə zamanı bıçaq yarası alan S. Fərəcov Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə Təzəkənd qaçqın düşərgəsində baş verib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Toyda oynamaq üstündə qan düşdü: əmisini öldürdü - TƏFƏRRÜAT
Toyda oynamaq üstündə qan düşdü: əmisini öldürdü - TƏFƏRRÜAT


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
30-03-2017, 20:34 "WhatsApp"da virus YAYILDI

bütün xəbərlər
____ Instagram ___