Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evdən qaçan gəlindən xəbər var - TƏFƏRRÜAT - ÖZƏL
Tarix: 01-03-2016 | Saat: 16:24
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Evdən qaçan gəlindən xəbər var - TƏFƏRRÜAT - ÖZƏL



Qax rayonunun Çinarlı kəndində yaşayan və hazırda ailəli olan 1988-ci il təvəllüdlü Aygün Məhəmməd qızı Şahmuradovanın anası Ayşə Məmmədova bu vaxta qədər qızından heç bir xəbər almadıqlarını deyib.

“Əgər bizim xəbərimiz olsaydı, özümüz də axtarardıq. Bilmirik qızım rayondadır, yoxsa harasa gedib. Ancaq bilirik ki, ayın 23-də qayınatası ilə rayon mərkəzinə gəlib, orda bibisi ilə görüşəcəyini deyib. O, itkin düşəndə bir həftə idi telefonlarımız işləmirdi. Qızımla da danışmamışam. Evində xırda problemlərdən başqa, ciddi davalar olmayıb. Son bir həftə isə nə olduğunu bilmirəm. Bizə də xəbəri Bakıda yaşayan oğlum verdi. Bibisigilə gedəcəyini deyib, amma həmin gün bibisi rayonda olmayıb, kəndə yas məclisinə gələcəkdi. Heç bibisigilə tez-tez gedib-gələn olmayıb. Bibisi də onun adından istifadə etdiyini öyrənəndə çox pis olub. Ümumiyyətlə, qızım çox gedib-gələn, gəzən biri deyildi. Nə olub, necə olub, bilmirik”.

Çinarlı kənd sakinləri də Publika.az-a ailədə ciddi problemlərin olmadığını bildiriblər. Sakinlər deyir ki, son vaxtlar Aygün telefondan çox istifadə etdiyinə görə ailədə narazılıq olub.

A.Şahmuradovanın qayınanası Həqiqət Şahmuradova hadisənin şokundan çıxmadıqlarını deyib:

“Üç oğlum olub, gəlinimi özümə qız bilmişəm. Bir dəfə də olsun onun xətrinə dəyən bir söz deməmişik. Axırıncı dəfə evdən çıxanda mənim əl çantamı götürdü, şərfimi də götürmək istədi, amma paltarına uyğun olmadığı üçün götürmədi. Yəni ana-bala kimi olmuşuq. Əvvəl rayona tək getmək istəyirdi. Yoldaşım da rayona gedirdi deyə o apardı. Anasıgilin krediti var idi, onun sənəd işlərində problemlər olmuşdu. Onu həll etmək üçün rayona gedəcəyini dedi. Hətta qardaşına da qarğış etdi ki, özü həll etmir, bütün problemləri bunun üzərinə atır. Amma bir gün əvvəl qonşumuz qardaşını bazarda görmüşdü, o, kredit problemini həll etdiyini demişdi. Bunu Aygünə dedim, o da qardaşının problemini tam həll etmədiyini dedi. Anasının işinə görə gedir, necə getmə deyə bilərdim? Bilsəm belə olacaq, qoymazdım. Gedəndə üstündə qızılları olub, bir də biz bir neçə manat pul verdik ki, yola çıxır. Həmişə yoldaşım hara getsə, ora qədər aparardı, bu dəfə “tolkuçkanın” yanında düşüb ki, bibisi ora gələcək. Haradan bilək ki, belə olacaq? Axşama qədər gözlədim, gəlmədi. Oğlum rayon mərkəzində işləyir, dedim yəqin onunla gələcək. Oğlum axşam gələndə hər şey məlum oldu. Bütün rayonda qohumları araşdırdıq, gördüm deyən olmadı. Axırda məcbur qalıb polisə getdik. Telefonu da bağlıdır. Aygünün nömrəsindən oğluma zəng gəlib. Deyib ki, məni boş yerə axtarmayın. Mən getməli olduğum yerə çatmışam. Məni gözləməyin. Axtarıb tapsanız da, gəlməyəcəm”.

Həqiqət xanım deyir ki, buna baxmayaraq, ailə gəlinin axtarışlarını davam etdirir. O, ailə daxilində Aygünün evdən getməsinə səbəb ola biləcək problemlərin olmadığını dedi:

“Neçə gündür polislərdə qalmışıq. Bildiyim odur ki, son vaxtlar telefondan ayrılmırdı. Yeməyə çağıranda belə gec gəlirdi. Yemək yeyəndə belə telefonu əlindən qoymurdu. Ona görə danışırdım ki, telefondan əl çəksin. Axırda məcbur qalıb yanvarda internet xəttini ləğv etdirdik. Amma yenə də telefondan əl çəkmirdi. 4 yaşlı balasını necə qoyub gedə bilər, bilmirəm.Yenə də dua edirəm ki, başına pis bir iş gəlməsin. Uşaq arada anasını soruşur, qəhər məni boğur, heç nə deyə bilmirəm”.

Xatırladaq ki, Qax rayon sakini Aygün Şahmuradova bir həftədir evdən gedib. O, 2010-cu ildə rayonun Çinarlı kənd sakini ilə ailə həyatı qurub. Hazırda onun dörd yaşında oğlu var.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___