Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yarımfinala doğru ilk addım
Tarix: 01-03-2016 | Saat: 12:44
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Yarımfinala doğru ilk addım


Sabah Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start veriləcək.

"Xəbəraz.az " apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk qarşılaşmaları baş tutacaq.

8 komandanın mübarizə apardığı yarış çərçivəsində keçiriləcək 4 qarşılaşmadan üçü paytaxtda, biri əyalətdə keçiriləcək. Yarımfinal iddiasında olan komandalar iki matçdan ibarət duellərdə görüşəcəklər.

Günün ilk görüşü Lənkəranda olacaq. Prinsipial rəqiblər "Xəzər Lənkəran"la "Neftçi" yarımfinala doğru ilk addımını atmağa çalışacaq. Heç də ən yaxşı günlərini yaşamayan komandalar Premyer Liqadakı uğursuz çıxışlarını kubokda sığortalamalıdırlar.

Günün ikinci matçında "Qarabağ" "Sumqayıt"la görüşəcək. Ardıcıl ikinci dəfə "Qızıl dubl"a imza atmaq istəyən ağdamlılar "Gənclik şəhəri" təmsilçisi ilə matçda çətinlik yaşamamalıdırlar. Çempionatın ortabablarından biri isə "Qarabağ"ı büdrədib, sensasiya etmək arzusundadır.

Günün ən maraqlı qarşılaşması Zirədə baş tutacaq. Çempionatın medalları uğrunda mübarizə aparan iki komandanın kubokda da rəqib olması matçın gərginliyini artırır. "Qəbələ" cari mövsümdə evdə uduzmayan "Zirə"nin bu seriyasını qırmaq istəyindədir. Meydan sahibləri isə səfərdə daha yaxşı oynayan "qırmızı-qaralar"ı da keçmək, bununla da 2016-cı ildəki qələbə seriyasını davam etdirmək üçün meydana çıxacaqlar.

Mərhələnin yeganə paytaxt derbisində "Rəvan" "İnter"lə görüşəcək. Premyer Liqanın autsayderi ilə duelin aşkar favoriti olan "bankirlər"in çətinlik yaşamayacağı gözlənilir. Ağır günlərini yaşayan Bəhmən Həsənovun komandası isə sensasiya arzusunu gerçəkləşdirməlidir.

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
2 mart (çərşənbə)


14:00. "Xəzər Lənkəran" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
"Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "Zirə" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu

19:00. "Rəvan" - "İnter"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
"Bayıl Arena"


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___