Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəza törədən avtobus sürücüsü yaxalandı
Tarix: 29-02-2016 | Saat: 13:37
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Qəza törədən avtobus sürücüsü yaxalandı
Fevralın 24-də paytyaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi «İsuzu» markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi «Daewoo» markalı 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşmuşdur. Hadisə nəticəsində «İsuzu» markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilmişdir. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
"Xəbəraz.az " xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin «İsuzu» markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
6-05-2021, 13:15 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___