Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbhədə xidmət edən əsgərlərə ikinci məzuniyyət verilə bilər
Tarix: 29-02-2016 | Saat: 12:50
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Cəbhədə xidmət edən əsgərlərə ikinci məzuniyyət verilə bilər
Təklif hazırlanıb.

Ombudsman düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən edilməsini təklif edib.

"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, bu barədə təklif “Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2015-ci il üzrə illik məruzəsində yer alıb.

Həmçinin qeyd olunub ki, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası məbləğinin mənzil kirayəsi bazarında mövcud olan real qiymətlərə uyğunlaşdırılması məqsədəuyğundur:

“Döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslər (və ya onların ailələri) üçün müavinətin, yaşayış evlərinə və əkin sahələrinə dəyən ziyana görə, kompensasiyanın müəyyən edilməsi, ünvanlı dövlət sosial yardımının təyini zamanı istifadəsi mümkün olmayan torpaqların nəzərə alınmaması məsələləri öz həllini tapmalıdır”.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___