Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranda iki “VAZ” toqquşdu: 4 nəfər ağır yaralanıb - FOTO
Tarix: 28-02-2016 | Saat: 17:31
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Lənkəranda iki “VAZ” toqquşdu: 4 nəfər ağır yaralanıb - FOTO
“VAZ-21007” ötmə əməliyyatı zamanı qarşı tərəfə çıxıb.

Ələt-Astara magistralının 199-cu km-də, yolun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, “42-BM-205” dövlət qeydiyyat nişanlı “VAZ-21015” və “90-LS-179” dövlət qeydiyyat nişanlı “VAZ-21007” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 56 yaşlı Mamusta kənd sakini Səməd Dadaşovun və 26 yaşlı Ramil Quliyevin vəziyyəti daha ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Şahidlərin sözlərinə görə, qəzaya “VAZ-21007”nin ötmə əməliyyatı zamanı qarşı tərəfə çıxması səbəb olub.

Ağır xəsarət alanlardan birinin də “VAZ-21007”nin sürücüsü olduğu bildirilir.

Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Qəzanın səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___