Bakıda 35 yaşayış binası söküləcək (ÜNVANLAR)
Tarix: 28-02-2016 | Saat: 11:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakı şəhərinin Sabunçu rayonunda pilot layihə çərçivəsində Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrində 5 binanın sakinlər köçürülərək binaların yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb.
"Xəbəraz.az "-in APA-ya istinadən məlumatına görə, bunu Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib.
A. Vəliyev qeyd edib ki, Rayonun Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrindəki ictimai mənzil fondunda bir sıra yaşayış binalarının istismar müddətini keçərək qəzalı vəziyyətə düşməsi narahatlıq doğurduğundan, müraciətlər əsasında həmin məsələnin sosial əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 nömrəli qərarına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə "Pilot” layihə formatında 5 il müddətinə əlavə səlahiyyətlər verilib və qarşıya bir sıra vəzifələr qoyulub.
Artıq bu qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülüb, həmin qəsəbələrdə çoxmənzilli, qəza təhlükəsi ehtimalı olan binaların siyahısı tərtib edilərək rəy verilməsi üçün əlaqədar dövlət orqanları və nəzarət qurumlarının mütəxəssislərindən ibarət komissiyaya göndərilib. Hazırda 35 yaşayış binası üzrə müvafiq rəylər verilib. Verilmiş bu rəylər əsasında kəskin qəza vəziyyətində və uçma təhlükəsi olan Ramana və Bakıxanov qəsəbələrindəki 5 binadan sakinlər köçürülərək yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb. Bu tikinti-təmir və aparılacaq abadlıq işləri zamanı ilkin olaraq rayonun 630 nəfər sakinini işlə təmin etməyi planlaşdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti pilot layihə formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini təmin etməlidir. Sakinlər sökülən qəzalı binaların yerində tikilən yeni binalarda mənzillərlə təmin ediləcəklər. Qəzalı vəziyyətdəki binada yaşayan ailənin mənzilinin sahəsi yeni binada 25-35 faiz artıq olacaq.
Xəbəri paylaş
9128 dəfə oxunub.
Digər xəbərlər

17-01-2019, 16:35
Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb - Səhiyyə Nazirliyi
29-06-2015, 20:06
Azəri qızı Günel hicab bağladı - FOTO
25-04-2016, 22:24
Mehriban Əliyeva Türkiyənin birinci xanımı ilə görüşdü
31-03-2015, 10:58
Ukrayna Ali Radasının nümayəndə heyəti Milli Məclisdə oldu
11-07-2018, 19:24
Məşhur “kedicik” hovuz başında tutuldu - Fotolar
22-09-2017, 16:30
Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı
31-08-2017, 11:27
Abituriyentlərə DİM-dən xəbərdarlıq: Bu gün bitir
26-04-2017, 15:03
"PSG-yə nifrət edirəm"-Andre-Pierre Jinyak
25-12-2016, 09:57
Prezident sosial evlər barədə: "Şərtlər çox güzəştlidir"
22-02-2023, 11:47
Bakıda sərxoş vəziyyətdə maşınları cızan şəxs saxlanıldı - VİDEO