Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni doğulan körpə peyvənddən sonra öldü
Tarix: 27-02-2016 | Saat: 12:49
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Yeni doğulan körpə peyvənddən sonra öldü
“Uşaq sağlam doğulub”.

Mingəçevir şəhərində yeni doğulan körpə peyvənd vurulandan sonra dünyasını dəyişib.

"Xəbəraz.az " xəbər verir ki, Mingəçevir kənd sakini Dilsuz Hacıyev APA-ya bildirib ki, oğlunun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Hacıyeva Şəhla Kərəm qızı fevralın 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində ilk övladını dünyaya gətirib:

“Oğlan uşağı sağlam doğulub və xəstəxanada qaldığı 5 gün ərzində səhhətində heç bir problem olmayıb. Xəstəxanada uşağa BSJ peyvəndi vurulub. Samirə adlı tibb işçisi peyvəndi vurduqdan sonra ana və övladı evə buraxılıb. Evdə uşağın vəziyyəti qəflətən pisləşib. Fevralın 24-də uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.

D. Hacıyev nəvəsi Bəhruzun ölümünə tibb işçilərinin səhlənkarlığının səbəb olduğunu, məsələnin araşdırılması üçün Mingəçevir şəhər Prokurorluğuna müraciət etdiyini deyib.

Xəstəxanadan bildirilib ki, vərəmə qarşı effektli profilaktik vasitə hesab olunan BSJ vaksini doğulandan sonra körpəyə vurulan ilk peyvənddir. Bu peyvənd uşağa doğulandan 4-7 gün ərzində vurulur. BSJ peyvəndi uşağa məhz doğum evində, uşaq evə buraxılmamışdan əvvəl vurulmalıdır. Təlimata uyğun olaraq Bəhruz Hacıyevə də BSJ vaksini vurulub. Onun ölümünün dəqiq səbəbi isə hələlik məlum deyil.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.


Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
13-02-2017, 14:41 Aleksis maraq dairəsində

bütün xəbərlər
____ Instagram ___