Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xocalının gizli qəhrəmanı: "Donmuş uşaq iki gün sonra məsciddə dirildi" (FOTO, VİDEO)
Tarix: 26-02-2016 | Saat: 13:00
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Müsahibə | çapa göndər

Xocalının gizli qəhrəmanı: "Donmuş uşaq iki gün sonra məsciddə dirildi" (FOTO, VİDEO)


"Xocalıya biz faciədən sonra gedə bildik. Xocalıya enəndə ermənilər atmağa başladı. Vertolyota minənlər arasında silah təkcə məndə idi. İkinci dəfə Xocalıya gedəndə Əsgəran tərəfdən uçduq ki, elə bilsinlər Ermənistan tərəfdən gəlirik. Vertolyotdan düşəndə bir az aşağıda ermənilər var idi. İkinci dəfə uçanda məqsəd o idi ki, jurnalistlər erməni vəhşiliyini göstərək. Dünyanın bir çox ölkəsindən jurnalistlər bizimlə Xocalıya gəlmişdi. Mən ora çatanda dəhşətə gəldim. Meyitlərin qulağı, başı kəsilmişdi. Biz ilk dəfə gələndə belə bir şey yox idi. Mən bundan öncə Əfqanıstanda döyüşlərdə iştirak etmişəm. Amma Xocalıda baş verənləri görəndə özümü elə itirmişdim ki, indiyə kimi də danışdanda pis oluram".

Bu sözləri müsahibəsində o dəhşətli faciənin fotolarında əks olunan Əsəd Fərəcov bildirib. Həmsöhbətimiz 1961-ci ildə Gəncədə doğulub. 1979-81-ci illərdə Əfqanıstanda döyüşən sovet hərbi hissələrində qulluqda olub. Bütün bu xidmətləri nəzərə alınaraq təhsil almaq üçün 1981-86-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ryazan şəhərində yerləşən Ali Məktəbinin Hüquq fakültəsinə göndərilib. 1989-cu ildə Arxangelsk vilayətində yerləşən böyük bir islah-əmək koloniyasına rəis təyin olunub. 1993-2000-ci illərdə Azərbaycanda Hərbi Tribunalda hakim vəzifəsində çalışıb. Əsəd müəllim keşmiş ədliyyə naziri Əlisahib Orucovun köməkçisi vəzifəsində də çalışdığını deyir.

Faciədən yalnız bir gün sonra Xocalıya gedən həmsöhbətimiz erməni vəhşiliyinin dünyaya car çəkilməsində əvəzsiz rol oynayıb. Faciənin miqyasını və dəhşətləri dünyaya göstərmək üçün silah yoldaşları ilə birlikdə Bakıya qayıdan Əsəd Fərəcov jurnalistlərdən ibarət bir qrupu martın 2-də yenidən Xocalıya gətirib.


Xocalının gizli qəhrəmanı: "Donmuş uşaq iki gün sonra məsciddə dirildi" (FOTO, VİDEO)
Əsəd Fərəcov

Bizimlə söhbətində ömür yoluna nəzər salan Əsəd Fərəcov o günləri belə xatırlayır:

"Çingiz Xocalını çəkəndə mənim fonda səsim gəlir. Deyirdim ki, Çingiz onu çək, bunu da çək. Uşaq meyitlərini orada qoya bilməzdik. jurnalistlər hamısını çəkirdi. Bu məqamda donmuş uşağı anasından ayırdım. Uşaq iki gün olardı ki, ölmüş anasının qucağında Xocalıda qalmışdı. Sonra meyitləri götürüb məscidə apadıq. Ağdamda qonaq evi deyilən yer var idi. Orada başımı qolumun üstünə qoyub oturmuşdum. Xocalıdakı dəhşətləri xatırlayıb ağlayırdım. Birdə gördüm ki, kimsə əlimdən öpür. Gözümü açdım ki, Ağdamın axundudur. Mənə dedi ki, gətirdiyin uşağı məsciddə yuyanda ayıldı. Sən demə uşağı isti su ilə yuyanda ağlayıb və oyanıb. O zaman həmin uşağın 2-3 yaşı olardı. O uşaq indi də yaşayır. Ancaq mən onu tanımıram, o da məni".

Xocalının gizli qəhrəmanı: "Donmuş uşaq iki gün sonra məsciddə dirildi" (FOTO, VİDEO)

Əsəd Fərəcov deyir ki, ikinci dəfə Xocalıya gedəndə əməkdar jurnalist Mais Məmmədov da bizimlə getmişdi: "O da mənə kömək etdi və uşaqları vertalyota qoyduq. Onlar ağlayırdı, inana bilmirdilər. Operator yazıq o qədər əsəb keçirdi ki, beli tutuldu. Jurnalistlər həmin dəhşəti görəndə tükləri biz-biz oldu. Bir müddət özlərinə gələ bilmədilər".

Həmsöhbətimiz jurnalistlər arasında təxribatçılıq edənlərin olduğunu da etiraf edirdi. Onun sözlərinə görə, fransız jurnalistlərin Xocalıya faciəni işıqlandırmaq üçün deyil, sanki qara yaxmağa gəlmişdi: "Fransızlar mənə deyirdi ki, bəlkə ölənlər elə ermənilərdir. Birinin qolundan tutub məscidə apardım. Ona sünnət olunmuş uşaqların meyitlərini göstərdim. Dedim ki, erməni sünnətli olmur. Bu öldürülən körpələr, qadınlar hamısı azərbaycanlılardır".
Xocalının gizli qəhrəmanı: "Donmuş uşaq iki gün sonra məsciddə dirildi" (FOTO, VİDEO)



Xəbəri paylaş

1 3568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___