Bakıda sürücü və qohumları yol polisinə hücum etdi
Tarix: 24-02-2016 | Saat: 16:24
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakıda sürücü və qohumları Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücum edərək onlara xəsarət yetirib.
"Xəbəraz.az "-in "report”a istinadən verdiyi xəbərə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Mərdəkən qəsəbəsi, Qızıl qum yaşayış massivində yaşayan 30 yaşlı Rakif Abdullayev "VAZ 2107” markalı avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalına (qırmızı işıq) əhəmiyyət verməyərək hərəkətinə davam edib. Həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin əməkdaşları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən "VAZ 2107” avtomobilinin sürücüsünə "Saxla” əmri verilib. Lakin buna baxmayaraq R.Abdullayev avtomobilin sürətini artıraraq yoluna davam edib. O, avtomobili yaxınlıqda - yaşadığı evin arxasında saxlayıb. Bundan sonra sürücü Rakif Abdullayev, onun atası, 51 yaşlı Rafiq Abdullayev və qardaşı, 29 yaşlı Gülbala Abdullayev avtomobildən düşərək onlara bir qədər əvvəl "Saxla!” əmri vermiş polis əməkdaşlarına taxta parçası ilə hücum edərək, polislərə ağır xəsarətlər yetiriblər. Polis serjantları 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. C.Ağayev tibbi yardım aldıqdan sonra evə buraxılıb. V.Abbasov isə müalicəsini davam etdirir. Xuliqanlıq törədən şəxslər Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb, istintaq aparılır.
Xəbəri paylaş
5978 dəfə oxunub.
Digər xəbərlər

29-05-2019, 10:51
Bu gün metro səhərə qədər fəaliyyət göstərə bilər - RƏSMİ
12-12-2015, 12:32
ABŞ-da keşiş gey-sadomazoxistə bir milyon dollar xərclədi
12-04-2018, 11:03
Elçindən həyat yoldaşına ad günü təbriki
15-05-2019, 11:38
İki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb – Əli Əhmədov
7-01-2017, 10:44
Dövlət Komitəsindən Quba məhkəməsində baş verənlərə REAKSİYA
21-01-2019, 16:06
"Barselona"da ciddi itki
6-05-2016, 11:56
Kerri Əsədə xəbərdarlıq etdi
14-08-2015, 17:19
“Saxla” əmrinə tabe olmayan iki nəfər saxlanılıb.
25-10-2023, 19:41
"Qorxurdum ki, bunu etsəm məni yenidən tutarlar"