"Türkiyədə bütün siyasi partiyalar Azərbaycanın mövqeyindən çıxış edir"
Tarix: 24-02-2016 | Saat: 13:32
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Ankarada səfərdə olan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun təmsilçiləri Türkiyə Böyük Millət Məclisinin binasında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, millət vəkili Kamal Kılıçdaroğlu ilə görüşüblər.
APA-nın Ankarada olan əməkdaşının xəbərinə görə, görüşdə çıxış edən forum üzvü Gürsel Özdəmir təmsil etdiyi təşkilatın məqsədi və fəaliyyəti barədə məlumat verib. O, CHP-nin forumun işinə dəstək verəcəyinə ümid etdiyini bildirib. G. Özdəmir Dağlıq Qarabağ məsələsinin TBMM-də müzakirəsinin vacib olduğunu vurğulayıb.
Forum üzvləri - Emin Həsənli və Mehdi Mehdiyev də çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin dəstəyinə xüsusi ehtiyac olduğunu bildiriblər.
CHP lideri K. Kılıçdaroğlu isə çıxışında Azərbaycanı doğma və qardaş ölkə hesab etdiyini və CHP-nin Qarabağ məsələsindəki mövqeyinin Azərbaycanın mövqeyi ilə eyni olduğunu deyib: “Əslində bu, yalnız CHP-nin deyil, digər partiyaların da mövqeyidir. Türkiyədə bütün siyasi partiyalar Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış edir. Türkiyə dövlətinin siyasəti də bundan ibarətdir. Fikrimizcə, burada ortaq milli mövqe var və belə də olmalıdır. Bu bir həqiqətdir ki, hazırda dünyada Qarabağ məsələsinə meydan verilmir, Türkiyə mediası da bu mövzudan geniş bəhs etmir. Ona görə də hesab edirəm ki, Türkiyənin media orqanları ilə əlaqələrinizi gücləndirməlisiniz”.
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

25-04-2016, 22:12
Təkəri alanda diqqətli olun - VİDEO
14-07-2021, 00:07
Həmkarımızın xatirəsi: Məhərrəmsiz qırx gün...
27-05-2016, 15:33
Azərbaycanın Rusiyadakı səfirliyindən Nalbəndyana cavab
10-09-2021, 11:10
Koronavirusu bu xüsusiyyətlərinə görə mövsümi qripdən fərqləndirmək olar - AÇIQLAMA
5-11-2016, 16:33
Göyçaya bayrama gedən ailə qəzaya düşdü: ölən və yaralılar var
23-12-2015, 14:45
Yol qəzasında 3 nəfər yaralandı
13-08-2015, 13:21
“Siz kimsiz, ay kaftarlar...”- Gülnarəni müdafiə etdi
6-03-2016, 15:23
İŞİD-in "paytaxtı"nda terrorçulara qarşı üsyan başladı
30-06-2015, 13:22
Təyyarə otelin üzərinə düşdü ( VİDEO)
3-05-2015, 01:17
Türkiyə ayağa qalxdı, Aytacın ölümünə görə