Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Tarix: 23-02-2016 | Saat: 14:50
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
«Antaliya Mehman»ın «Qala», «Akva» və «Hills»dəki qadınları sosial şəbəkələr üzərindən müştəri cəlb edirlər

Azərbaycan tranzit yolun üzərindən yerləşdiyindən ölkəmizdə insan alveri məsələsi heç zaman sabit şəkildə olmayıb. Dubay, Hindistan, Türkiyə və Avropa xətlərinin buradan idarə edilməsi də qeyri-adi məsələ deyil. Düzdür, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin apardığı əməliyyat tədbirləri nəticəsində bu şəbəkələrin bəziləri sıradan çıxarılsa da, onların qarşısını tam almaq mümkün olmayıb.

Qeyd edək ki, qadın alveri biznesi dünyanın ən gəlirli sahələrindən sayılır və bundan əziyyət çəkənlərin sayı isə onminlərlədir. Və dünyanın elə bir dövləti yoxdur ki, orada qadın alverinə qarşı mübarizə ən yüksək səviyyədə təşkil olunsa belə, qarşısı alınsın. Çünki asan yolla böyük pullar qazanmaq istəyənlər hər zaman belə rahat gəlir əldə etmək üçün cəhdlər göstərirlər.

JAM.AZ xəbər verir ki, bütün bu mübarizələrə rəğmən, Bakının bir çox yerlərində massaj salonları, saunalar və əxlaqsızlıq yuvaları fəaliyyət göstərməkdədir. Son dövrlər isə belə məkanların sayı daha da artaraq, əl-qolları açılıb. Hətta Facebook üzərindən müştəri toplanılması halları da var.

Apardığımız ilkin araşdırma zamanı onlardan 3-nün adını müəyyənləşdirə bilmişik. Onlardan biri «Qala» kafesi adı altında fəaliyyət göstərir ki, bura rəsmən əxlaqsızlıq yuvasıdır. 3-cü mikrorayon dairəsinə yaxın ərazidə yerləşən həmin kafedə intim xidmətlər göstərilməklə yanaşı, azyaşlı qızların da cinsi istismara məruz qaldığı bildirilir.

JAM.AZ xəbər verir ki, «Qala» ilə yanaşı, digər məşhur əxlaqsızlıq yuvası «Akva»dır. Şəhərin gözəgəlimli yerində fəaliyyət göstərən, daha doğrusu, Xəqani küçəsi 14-də yerləşən bu obyektdə müştəri gözləyən qızlar daha orjinal bir üsula əl atıblar. Onlar artıq sosial şəbəkələrin imkanlarından yararlanmağa başlayıblar. Belə ki, «Akva»da intim xidmət göstərən qızlar Facebook, Badoo, Odnoklassniki üzərindən müştərilərə hansı xidmət göstərəcəkləri barədə məlumatlar yaymaqla yanaşı, həm də fotoları ilə müştəri cəlb etməyə çalışırlar. Məsələn, «Mən sizi bu məkanda gözləyirəm» yazılmış elanın aşağısında yarımçılpaq qızlar özlərini reklam edirlər.

Bir digər obyektin adı isə «Hills»dir. Bu məkanda da qadın alveri tüğyan edir. «Hills»in digərlərindən xüsusi bir özəlliyi də yoxdur. Sadəcə, müştəri yığmaq üçün müxtəlif vasitələrdən yararlanırlar. Düzdür, burada çalışan qızlar özlərini sosial şəbəkələrdə reklam etmirlər. Amma onların da müştəri cəlb etməyin xüsusi yolları var.

Bildirək ki, adları çəkilən hər üç obyektin elə bir neçə sahibi var. Onlardan ən birincisi bu cameədə «Antaliya Mehman» kimi tanınan şəxsdir. Mehmanın belə bir adla «mükafat»landırılmasının dəqiq səbəbləri məlum olmasa da, belə bir ehtimal var ki, o, Antaliyaya zamanında qadın daşıdığı üçün belə bir ayama qazanıb.

«Antaliya Mehman» hazırda həmçinin Zığ şossesi üzərində yerləşən «Antaliya» pestoranını da işlədir. Böyük bir ərazini əhatə edən restoranda da intim xidmətlərin göstərilməsi adi hal kimi qarşılanır.

JAM.AZ xəbər verir ki, onun şəriklərindən biri isə keçmiş OMON-çu olduğu deyilən Arif adlı şəxsdir. Bu şəxsin OMON hadisələri zamanı mərzum prezident Heydər Əliyevə sui-qəsd hazırladığı üçün həbs olunduğu vurğulanır. İddia edilir ki, sözügedən olaydan dolayı Arif adlı həmin şəxs həbs olunub, uzun müddət həbsdə yatdından sonra azadlığa buraxılıb. Daha sonra isə «Antaliya Mehman»la əlaqə quraraq, şəhərin mərkəzi də daxil olmaqla xeyli sayda sauna, masaaj salonları açmağa nail olublar.
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR


Xəbəri paylaş

2 0138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___