Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“TRT 1”, “TRT Haber”, və “TRT Avaz” Xocalı soyqırımı ilə bağlı canlı yayımlar həyata keçirəcək
Tarix: 23-02-2016 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“TRT 1”, “TRT Haber”, və “TRT Avaz” Xocalı soyqırımı ilə bağlı canlı yayımlar həyata keçirəcək

“TRT ənənəsinə sadiq qalaraq, Xocalı soyqırımı haqqında həqiqətləri 25 və 26 fevral tarixlərində canlı yayımlarla “TRT 1”, “TRT Haber”, və “TRT Avaz” kanalları vasitəsilə dünyaya çatdıracaq”.

Bu barədə APA-ya TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib. Bildirilib ki, “TRT Avaz” kanalının çəkiliş qrupu 24-26 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycan Dövlət Televiziyasının texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı yayım həyata keçirəcək.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanin verdiyi məlumata görə, “TRT Avaz” Kanal koordinatoru Murat Akkoç və “Detay 13” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün boyunca Bakıda silsilə canlı yayımlar reallaşdıracaq. O, hər il olduğu kimi, bu il də anım günlərində eyni həssaslıqla hazırlanan proqramların, Xocalı şahidlərindən alınan müsahibələrin, sənədli filmlərin və kliplərin “TRT Avaz”, “TRT Haber” ekranlarında yayımlanacağını bildirib. Bununla yanaşı, TRT Bakı Təmsilçiliyinin hazırladığı “Xocalının Şahidləri” adlı 12 bölümdən ibarət proqram TRT kanallarında yayımlanacaq.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___