Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur
Tarix: 23-02-2016 | Saat: 11:12
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Fevralın 23-də Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. "Xəbəraz.az " APA-ya istinadən bildirir ki, Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər.
El arasında bunlara "boz ayın çərşənbələri" də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.
Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər. Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.
Su çərşənbəsi "əzəl çərşənbə" və ya "Sular Novruzu" da adlanır.
Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 15-nə təsadüf edir. Bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
Xəbəri paylaş
5818 dəfə oxunub.
Digər xəbərlər

30-05-2019, 09:56
Azərbaycanlı müğənni əməliyyatdan qaçıb? - AÇIQLAMA
6-04-2019, 20:35
Vətən uğrunda etdiyi can fədakarlığını dəyərləndirmək üçün yapışıb qaldıqları kürsülərindən qalxıb gələ bilmədilər
29-04-2016, 22:46
Türkiyə 1 rayonda 50 itki verib
29-06-2015, 17:07
İki məhşur İngiltərədən əl-ələ qayıtdı - FOTO
12-02-2018, 11:08
25 gün əvvəl itkin düşən Türkan tapıldı - "Ona yaxşı həyat yoldaşı ola bilmədiyim üçün getdim"
21-05-2016, 12:48
Azəri Günel yeni sevgilisi ilə biznes qurdu
17-12-2015, 10:40
İnstagram-ın ən qaynar Azərbaycan fotoları FOTO
21-06-2015, 11:07
Ermənilər atəşkəsi 94 dəfə pozub
10-09-2021, 11:11
Azərbaycanda müxtəlif şəxslərlə cinsi əlaqədə olan 8-ci sinif şagirdindən ŞOK SÖZLƏR