Şəmkirdə məktəblini ürəyindən bıçaqladılar - YENİLƏNİB - VİDEO
Tarix: 22-02-2016 | Saat: 21:44
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Şəmkirdə həmkəndlilər arasında yay aylarında yaranan mübahisə qışda qanla nəticələnib. 18 yaşlı gənc özündən iki yaş kiçik məktəblini bıçaqlayıb.
"Xəbəraz.az " Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 14:30 radələrində Şəmkirin Çaykənd kəndi ərazisində bıçaqlanma hadisəsi baş verib. 18 yaşlı Xəlil Süleymanov şəxsi münasibətlər zəminində 16 yaşlı Vüsal Əhmədovu bıçaqlayıb. Ürək nahiyəsindən və qolundan bıçaq xəsarətləri alan Əhmədov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Əməliyyat olunan məktəblinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Zahid Quliyev - həkim: "Xəstə Əhmədov Vüsal Aqil oğlu bizim xəstəxanamıza döş qəfəsinin sol yarısının daxilə nüfuz edən yarası ilə daxil olub. Xəstə dərhal əməliyyat olunub. Məlum oldu ki, sol ağciyər zədələnib. Daxili qanaxma və şok vəziyyətindədir. Əməliyyat olunub, hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur".
Kənd sakinlərinin sözlərinə görə, tərəflər arasında mübahisə aylardır davam edir. Yayda Vüsal Əhmədovla Süleymanovun qardaşı arasında narazılıq yaşanıb. Aylar sonra Xəlil mübahisəyə bıçağa əl atmaqla son qoyub.
Rövşən Hüseyn - kənd sakini: "Biz də fikirləşirik, bəlkə, hər ikisi bir qızı istəyir, onun üstündə olub. Xeyr, belə deyil. Uşağın özündən soruşdum ki, necə olub, dedi ki, heç nə. Yayda bunun böyük qardaşı ilə bir az mübahisəmiz olub. Yaydan bu vaxtadək bu uşaq mənimlə pis rəftar edir. Buna görə də məni çağırıb vurdu".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Videonu izləmək üçün şəklə klikləyin:
Xəbəri paylaş
1 0618 dəfə oxunub.
Digər xəbərlər

29-01-2022, 11:34
Quranda adı keçən möcüzəli QİDALAR və onların FAYDALARI
10-05-2022, 11:46
Mətanət Əsədova özünü Şakira ilə müqayisə etdi: “Şakira, yoxsa sizin Mata?” - FOTO
22-01-2016, 13:10
Azərbaycanda dünyasını dəyişmiş hamilə qadınla bağlı yeni faktlar (FOTO)
18-08-2015, 14:26
Qubada “Range Rover” yanıb kül oldu – VİDEO
18-09-2022, 09:39
Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu – FOTO
13-02-2016, 11:24
Geyimlərinizdə bu rəngləri uyğunlaşdırın - FOTOLAR
27-12-2019, 11:19
Sumqayıt yolunda "Gelandewagen" qəzaya düşdü - VİDEO
25-07-2023, 20:20
"Barbi" filmi rekord qırdı
8-12-2017, 17:50
Ana və 4 qızının qətli ilə bağlı yeni detay: Ayrı-ayrı vaxtlarda öldürülüblər (YENİLƏNDİ)
22-03-2017, 12:58
Mundiala yollanmağa namizəd 8 sürpriz komanda: Azərbaycan...