Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Darvinin "Təkamül Nəzəriyyəsi"
Tarix: 12-04-2015 | Saat: 23:58
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Darvinin "Təkamül Nəzəriyyəsi"

Təkamül nəzəriyyəsini elm dünyasının gündəminə gətirən şəxs ingilis həvəskar təbiətşünası Çarlz Robert Darvin olmuşdur.

Darvinin təbiət və canlılara marağının nəticəsi olaraq, o, 1832-ci ildə könüllü olaraq "Biql" tədqiqat gəmisinin ekspedisiya heyətinə yazıldı. Bu gəmi Böyük Britaniya hökuməti tərəfindən təchiz edilmiş və 5 il ərzində dünyanın müxtəlif yerlərində üzmüşdü. O, səyahət zamanı gördüyü canlı aləmin müxtəlifliyindən bərk təsirlənmişdi. "Biql" gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Ç. Darvinə əsas verdi. Ç. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbbi seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin içlasda çıxış edən A. Uollesin baxışları Ç. Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Uolles etiraf etdi ki,Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır. Darvinizm təlimində Ç. Davin iki əsas dəyişkənlik tipini olduğunu qeyd edirdi.




1. Müəyyən dəyişkənlik-Xarici mühit amillərinin təsirinə cavab olaraq orqanizmin uyğunlaşma reaksiyaları.
2. Qeyri-müəyyən dəyişkənlik-Xarici mühit amillərinin təsiri ilə meydana gələn lakin uyğunlaşma xarakteri daşımayan dəyişikliklər.

Çarlz Darvin qeyri-müəyyən dəyişiklikləri təkamül üçün başlıca material mənbəyi sayırdı. Müasir biologiyanın müəyyən etdiyi kimi təkamül üçün material yalnız mutasiya və çarpazlaşma nəticəsində meydana çıxan mutasiyalar kombinasiyasına əsaslanan qeyri-müəyyən dəyişikiklər ola bilər. Orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibəti yaşama uğrunda mübarizədə öz əksini tapır. Ç. Darvinə görə bu mübarizə bir növün bütün fərdləri üçün lazım olan həyat vasitələrinin (qida, işıq, sığınacaq, ərazi, hava, su) çatışmaması nəticəsində baş verir. Bu mübarizədən qalib çıxan daha doğrusu ətraf mühitə uyğunlaşa bilən fərdlər öz inkişaflarını davam etdirirlər. Eyni ərazidə yaşayan bir növün fərdləri arasında daima kəskin mübarizə gedir. Yuxarıda qeyd olunduğu kimi ətraf mühitə uyğunlaşa bilən fərdlər inkişaf edib yeni növ, və ya eyni növdə yeni əlamət yarada bilər. Əlamətlərin bu üsulla ayrılması divergensiya adlanır. Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.

Neodarvinizm

1930-cu illərin sonlarında “Müasir sintetik nəzəriyyə”ni və ya daha geniş yayılmış adı ilə neo-darvinizmi yarandı. Neo-darvinizm təbii seçmənin yanına “faydalı dəyişiklik səbəbi” kimi mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya klonlaşdırma xətaları nəticəsində əmələ gələn pozulmaları əlavə etdi.

Darvin nəzəriyyəsi XX əsrin birinci yarısında genetikanın kəşf və faktları qarşısında çıxılmaz vəziyyətdə qalmışdı. Darvin ideyalarına sadiq olacağına qəti qərar verən bir qrup alim 1941-ci ildə ABŞ Geoloqları Assosiasiyasının təşkil etdiyi qurultaya toplandı. Qurultayın işində genetiklər Q.L.Stebbins və T.Dobjanski, zooloqlar E.Mayr və C.Haksli, paleontoloqlar C.Q.Simpson və Q.L.Cepsen iştirak edirdilər. Alimlər uzunmüddətli mübahisələrdən sonra darvinizmə yeni "yamaq" vurmaq qərarına gəldilər.

Həmin alimlər Lamarkın tezisinə əsaslanaraq öz nəzəriyyəsinin əsasını qoyan Darvinin cavab verə bilmədiyi "canlı orqanizmləri təkmilləşdirən faydalı dəyişikliklərin qaynağı nədir" sualına belə bir cavab verməyi qərara aldılar: "Təsadüfi mutasiya". Onlar Darvinin "təbii seçmə" tezisinə "mutasiya" anlayışını əlavə edərək özlərinin yeni nəzəriyyəsini "Müasir sintetik təkamül nəzəriyyəsi" adlandırdılar. Bu yeni nəzəriyyə qısa bir müddətdə "neodarvinizm", nəzəriyyənin baniləri isə "neodarvinistlər" kimi tanınmağa başladı.



Bu gün də dünyada təkamül adına əsaslılığını qoruyan model neo-darvinizmdir. Nəzəriyyə yer üzündə mövcud olan milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız-hesabsız mürəkkəb orqanlarının “mutasiyalara”, yəni genetik pozulmalara əsaslanan bir proses nəticəsində əmələ gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz qoyan bir açıq elmi həqiqət var: mutasiyalar canlıları təkmilləşdirmirlər, əksinə hər zaman canlılara zərər verirlər. Bunun səbəbi çox sadədir: DNT çox mürəkkəb quruluşa malikdir.

"Təkamül nəzəriyyəsi" deyiləndə indiyə qədər ağla gələn ilk şey neodarvinizm modelidir. Yalnız axırıncı onilliklərdə yeni model əmələ gəlib: "tarazlığın pozulması" yaxud "sıçrayışlı təkamül". 70-ci illərin əvvəllərində bu model böyük rezonans və dəstəklə Amerika paleontoloqları N.Eldric və S.C.Qould tərəfindən tətbiq edilirdi. Bu təkamülçü alimlər bilirdilər ki, arxeoloji qazıntılar baxımından neodarvinist nəzəriyyənin gücsüz olduğu acıq-aydın aşkar aşkar olunmuşdu. Paleontoloji araşdırmalar həyatın neodarvinistlərin iddia etdiyi kimi, mərhələli şəkildə əmələ gəldiyini təkzib edir və həyatın birdən-birə, özü də mükəmməl formada əmələ gəldiyini təsdiqləyirdilər.


Xəbəri paylaş

7 6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___