Natalia Oreyro Azərbaycana gəlir (VİDEO)
Tarix: 22-02-2016 | Saat: 18:48
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər
Dünya şöhrətli müğənni və aktrisa Natalia Oreyronun Azərbaycandakı heyranlarına şad xəbər var. Müğənni və aktrisa Azərbaycana gəlmək istədiyini açıqlayıb.
"Xəbəraz.az "-in məlumatına görə o, Bakıdakı pərəstişkarlarını görmək üçün səbirsizləndiyini diqqətə çatdırıb və ANS TV-yə xüsusi video göndərib.
Aktrisa "Vəhşi mələk” serialında canlandırdığı obrazı ilə çoxlarının ürəyini fəth etməyi bacarıb. Serialın üzərindən illər keçməsinə baxmayaraq aktrisa hələ də illərə meydan oxuyur.
Natalia Oreyro, vaxtilə ANS TV-də yayımlanan "Amanda O” serialı barədə məlumatlı olduğunu və Bakıya gələrsə ANS TV-yə müsahibə verəcəyinə də söz verib.
38 yaşlı Natalia Oreyro müğənnilik və aktrisalıqla yanaşı modelyerliklə də məşğuldur. O, bu yaxınlarda yeni kolleksiyasını təqdim edib. Bundan əlavə ifaçının aprel ayında Moskva şəhərində də konsert verəcəyi də deyilir.
Natalia hələ uşaq olarkən bir çox tanınmış şirkətlərin reklam çarxlarında yer alıb. 16 yaşında Uruqvaydan Argentinaya köçüb və karyerasını burada davam etdirib.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

15-12-2021, 08:56
Nəyə görə arvad kişinin sağ tərəfində yatmalıdır – İzah
23-11-2016, 16:59
Naxçıvan-Məşhəd qatarı istifadəyə verilir - DƏQİQ VAXT
14-01-2017, 13:14
Bakıda gənc xanım marketdən oğurluq edərkən kameraya düşdü - VİDEO
8-03-2017, 15:36
Küçədə yarıçılpaq məşq olarsa... - maraqlı eksperiment - VİDEO
14-08-2021, 11:08
Cinsi əlaqə zamanı corab geyinsəniz... - Nəticəsinə inanmayacaqsız
28-04-2016, 22:12
Telefon söhbətinə görə bacısının başını kəsdi
11-07-2022, 11:54
TƏBİB COVİD-19-la bağlı əhaliyə MÜRACİƏT ETDİ
5-11-2016, 12:04
“Neftçi” “İnter”ə qarşı, “Kəpəz” “Sumqayıt”ı qonaq edir
19-05-2022, 10:29
Məşhur professordan qazlı içkilərlə bağlı qorxunc xəbərdarlıq: Spirt qədər zərərlidir!