Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 1 milyonluq oğurluq etdi amma bağışlanmadı
Tarix: 22-02-2016 | Saat: 13:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda 1 milyonluq oğurluq etdi amma bağışlanmadı
Pulu qızlara xərcləyirmiş.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Xəbəraz.az "-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, İsmayıl Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər barəsində isə bəraət hökmü çıxarılıb.

Ötən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin cinayət əməlinin sübuta yetirildiyini bildirib. Prokuror məhkəmədən hər 3 şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Dövlət ittihamçısı zamində olan Zaur Namazov və Fərid Əlibəyov barəsində də həbs-qətimkan tədbiri seçilməsini istəmişdi.

Qeyd edək ki, Astara rayon sakini, İsmayıl Qəhrəmanov 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etdiyi məlum olub. Zərərçəkənlərin müraciəti və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla onun başqa rayonların ərazilərində də çoxsaylı mənzilləri taladığı məlum olub. Onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Araşdırmalar nəticəsində məlum olub ki, İ.Qəhrəmanovun oğurluqla qazandığı sərvət 1 milyon manat civarındadır.

Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. O, polisə verdiyi bütün ifadələrində deyib ki, pulları dostları ilə qızlara xərcləyib, hərdən isə qohumlarına da əl tutub.

Onu da qeyd edək ki, İsmayıl Qəhrəmanov cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi üçün Cinayət Məcəlləsinə görə 10 ildən artıq həbs cəzası ala bilməzdi.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___