Azərbaycan silah idxalına görə Avropada birinci oldu
Tarix: 22-02-2016 | Saat: 10:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Son 10 ildə 247% artım qeydə alınıb.
2006-2010 və 2011-2015-ci illərdə Avropa dövlətlərinin silah idxalı 41% azalaraq dünya silah idxalının cəmi 11%-ni təşkil edib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmalar Mərkəzi (Stockholm International Peace Research Institute – SIPRI) beynəlxalq silahlanma və hərbi texnika bazarının vəziyyəti haqqında növbəti fevral məruzəsində qeyd olunub.
Bildirilir ki, Avropada silah idxalı həcminin azalmasına Yunanıstan və İspaniya kimi dövlətlərdə iqtisadi vəziyyət təsir göstərir.
2006-2010 və 2011-15-ci illərdə silah idxalına görə Avropa lideri isə Azərbaycan olub. Qeyd olunan dövrdə silah idxalını 217% artıran Azərbaycan qitənin ən böyük idxalçısına çevrilib.
Bu göstərici üzrə ikinci yerdə isə 2006-2010-cu illərlə müqayisədə idxalı 17% azaldan Böyük Britaniya qərarlaşıb.
SİPRİ həmçinin qeyd edir ki, 2011-2015-ci illər üzrə Azərbaycan dünyada ən böyük silah idxalçılarının siyasında 19-cu yeri tutub və həmin dövrdə dünya silah tədarükünün 1,5%-i ölkəmizin payına düşüb.
Təşkilatın hesabatına əsasən, 2011-2015-ci illərdə Azərbaycan Rusiyadan S-300PMU-2 hava hücumundan müdafiə sistemi üçün 200 ədəd 48N6E2 tipli raket, 24 ədəd Mi-35M zərbə helikopteri, 66 ədəd Mi-8MT/Mi-17 nəqliyyat helikopteri, 2 divizion S-300PMU-2, 18 ədəd 2S19 MSTA-S özüyeriyən haubitsa, 18 ədəd 2S31 “Vena” özüyeriyən minaatan, 18 ədəd BM-31 “SMERÇ” reaktiv yaylım atəş sistemi (RYAS), 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 1000 ədəd İqla-S raketi və bu raketin buraxılması üçün 200 ədəd qurğu, 100 ədəd T-90S tankı, 18 ədəd TOS-1 RYAS, 2 divizon Buk-1M hava hücumundan müdafiə sistemi, Buk-1M üçün 100 ədəd 9M317 raketi, Buk-1M üçün 100 ədəd 9M38 raketi alınıb.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

22-08-2018, 12:32
Bu MEYVƏLƏRİN ÇƏYİRDƏKLƏRİ meyvələrin özündən də faydalıdır!
13-11-2021, 13:38
Hərbçilərimizə qumbara atan erməni saxlanıldı - VİDEO+FOTO
11-06-2015, 19:17
Bakıda qəzaya düşən idmançılar bunlardı
13-12-2017, 18:09
Goranboyda "06" yük maşını ilə toqquşdu: 2 qardaş öldü
22-03-2017, 14:48
ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
15-01-2016, 16:13
Əfsanə Aktyor Memati Geri Dönür FOTO VİDEO
19-03-2020, 09:54
Uşaqlarla koronavirus xəstəliyi haqqında necə danışmalı? - 8 MƏSLƏHƏT